Salam, xoş gəlmisiniz.

Astara xəstəxanasında koronavirusa qarşı soğan işə saldılar - “SPİRTİ HEÇ BİZİM ÖZÜMÜZƏ VERMİRLƏR…”

2020-02-28 16:53:00

Astara xəstəxanasında koronavirusa qarşı soğan işə saldılar - “SPİRTİ HEÇ BİZİM ÖZÜMÜZƏ VERMİRLƏR…”

Sosial şəbəkələrdə İrandan Azərbaycana geri qayıdan və koronavirus şübhəsi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslərin xəstəxanadakı vəziyyətdən narazı qalmaları ilə bağlı daha bir video görüntü yayılıb. 

Karantində saxlanılanlar spirt, tibbi maska tapa bilmədiklərini deyirlər. Virusun qeydə alındığı şəhərlərdən gələnlərlə koronavirusun aşkarlanmadığı şəhərlərdən gələnlər eyni şöbədə saxlanılır.  Görüntülərdən bəlli olur ki, xəstəxana binası təmirsiz və bərbad haldadır. Xəstəxananın mətbəxtində nahar etmək üçün şərait yoxdur, karantində saxlanılanların istifadəsi üçün 2 stəkan, 2 boşqab qoyulub. 

“İçməli su yoxdur, bizə deyirlər ki, krantdan su için. Yeməyi öz pulumuza alırıq, bu gün sosiska alıb yemişik. Hamımız yoluxucu xəstə adı ilə saxlanılır, antisanitariya şəraitində sağlam adam da xəstələnə bilər. Səhər tezdən çinlini, hindlini gətirib bizim yanımıza qoyublar”,-şikayətçilər söyləyiblər. İddialardan biri də xəstəxananın dizenfeksiya olunmamasıdır. Videonu çəkənlər deyiblər ki, soğan, sarımsaq aldıraraq xəstəlikdən qorunmağa çalışırlar. “Nə əlcək, nə spirt, nə də tibbi spirt yoxdur”. Xəstəxana əməkdaşı isə bildirib ki, spirt çatdıra bilmirlər. “Bizim özümüzə belə vermirlər, başına dönüm. Bu xəstəxanada 15 ildir işləyirəm, belə şey görməmişəm”,-xəstəxana əməkdaşı karantində olanlara bildirib.

Görüntüləri lentə alanlar onu da qeyd ediblər ki, məqsədləri süni ajotaj yaratmaq deyil, problemi diqqətə çatdırmaqdır. 

Qeyd edək ki, bir neçə gün əvvəl Astara Rayon Mərkəzi Xəstəxanasında antisanitariya, tualetlərdə suyun olmaması və şübhəli şəxs kimi karantinə alınanların saatlarla soyuq dəhlizdə gözlədilməsi ilə bağlı video görüntü yayılmışdı. 

TƏBİB məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, sosial şəbəkədə yayılan video görüntüdəki çatışmazlıqlar aradan qaldırılır. Xatırladaq ki, fevralın 26-da Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib./virtualaz.org/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93