Salam, xoş gəlmisiniz.

Aşura günü bu ünvanlarda qanvermə aksiyaları keçiriləcək - SİYAHI

2018-09-10 22:54:23

Aşura günü bu ünvanlarda qanvermə aksiyaları keçiriləcək - SİYAHI

Sentyabrın 20-də Aşura günü ilə əlaqədar olaraq Azərbaycanda qanvermə aksiyası baş tutacaq.

Hurriyyet.org xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, qanvermə aksiyası Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şirvan, Ağsu, Beyləqan və digər rayonlardakı məscid və xəstəxanalarda olacaq.

Aksiya İmam Əli, Əjdərbəy, Şah Abbas, Bibiheybət, Təzəpir, Hacı Soltanəli, Qaraçuxur, Böyük Bazar, Heydər məscidlərində və Rəhimə xanım ziyarətgahı, Sumqayıt şəhər Cümə və İmam Əli məscidləri, Gəncənin İmamzadə Ziyarətgah kompleksində, Bərdənin İmamzadə kompleksi, Xaçmaz şəhər məscidi, Biləsuar şəhər Cümə məscidi, eləcə də, Mərkəzi Qan Bankının Şirvan və Quba bölgələrində keçiriləcək.

Eyni zamanda, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası, Beyləqan Rayon Mərkəzi xəstəxanası, Cəlilabad Rayon Xəstəxanası, Ağsu rayon Xəstəxanasında qanvermə aksiyası baş tutacaq.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru