Atəşkəs dövrünün qəhrəmanları – VİDEO

26 İyun, 2020, 20:31
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Azərbaycan oğulları məhz bunu nəzərə alaraq düşmənlə sonadək mübarizə aparmağı seçirlər. 1994-cü ildə imzalanmış “Bişkek” müqaviləsinə əsasən cəbhə bölgəsində atəşkəsə nail olunmalı, tərəflər daha itki verməməli idi, amma yaşadıqlarımız bunun əksini deyir.

 

2020-ci ilin fevral ayına olan məlumata görə, təkcə atəşkəs dövründə 856 şəhid və yaralanan hərbçimiz var. Onlardan bəziləri isə xüsusi qəhrəmanlıqlarına görə fərqləndilər.

 

Sizə atəşkəs dövrünün qəhrəmanlarını təqdim edirik.

 

Mübariz İbrahimov – Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanda “ilin adamı” (2010)

 

2010-cu ilin 18 iyununda gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edir. Mübariz düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür.Səhərə yaxın Mübariz İbrahimov döyüşdə qəhrəmanca həlak olur.

 

Samid İmanov – Azərbaycanın Milli Qəhrəmanı (2016)

 

2016-cı ilin aprelində qatıldığı sonuncu döyüşdə mayor Samid İmanov böyük bir qəhrəmanlıq göstərmişdi. Ağır yaralanmasına baxmayaraq əsgərlərin onu döyüş meydanından aparmasına etiraz edərək, əvəzində yaralı gizirin çıxarılmasını əmr etdi. Mayor Samid İmanov qan axma nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürüldü və doğma Neftçala rayonuna aparıldı.

 

Murad Mirzəyev  – Azərbaycanın Milli Qəhrəmanı(2016)

 

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyev 2016-cı il Aprel Döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki yüksəklikləri düşməndən azad etmiş və qəhrəmanca həyatını itirmişdi.

 

Çingiz Qurbanov – Azərbaycanın Milli Qəhrəmanı(2016)

 

22 yaşında, 2016-ci ilin 29 dekabrında Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmanca şəhid oldu. Beynəlxalq normaları pozan erməni tərəfi Çingizin nəşini 3 həftədən artıq saxladı. 2017-ci il 5 fevralda Çingiz Qurbanovun nəşi Azərbaycana təhvil verilir və ertəsi gün doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına son mənzilə yola salınır.

 

Ramil Səfərov – polkovnik-leytenant

 

Cəbrayılda doğulub-böyüyən və erməni vəhşiliklərinin şahidi olan Ramil Səfərov 2006-cı ildə, Macarıstanda erməni zabiti  Qurqen Markaryanı Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Budapeşt Şəhər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilib və Prezidentin Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib.

 

Kəlbəcərə yaxınlarının məzarını ziyarət etməyə gedən, erməni işğalı altında olan Kəlbəcərimizin onlar üçün ikinci Mədinə, Məkkə olduğunu deyən soydaşlarımız Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov.

 

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürüldü. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edildi. Soydaşlarımızın geri alınması üçün danışıqlar hələ də davam edir.

 

Həsən Həsənov isə düşmənin keçirdiyi əməliyyat zamanı güllələnərək öldürüldü. Yalnız 2014-cü ilin oktyabrında Həsən Həsənovun nəşi qarşı tərəfdən alınaraq Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

 

Adlarını çəkdiyim bu Vətən övladlarını bir missiya birləşdirir – doğma yurd sevgisi, vətən həsrəti uğrunda canı bahasına olsa da, sona qədər mübarizə aparmaq.

 

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ilində Vətən uğrunda tarix yazanlara minnətdarlığımızı bildiririk. \\Modern

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93