Aviabiletlərin pulunu geri almaq nə zaman mümkün olacaq? – RƏSMİ AÇIQLAMA

0

AZAL tərəfindən biletinin pulunu geri almaq istəyən sərnişinlər qarşısında bütün öhdəliklər həyata keçiriləcək.
Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları”QSC-nin vitse-prezidenti Eldar Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

E.Hacıyev qeyd edib ki, bu, uçuşlar bərpa edildikdən 60 gün sonra mümkün olacaq.

O, həmçinin əlavə edib ki, biletinin vaxtını dəyişdirmək istəyənlərə vauçerlər təqdim ediləcək.