Salam, xoş gəlmisiniz.

AVRO-2020: Pley-off üç aydan sonra keçiriləcək

2020-03-17 18:21:00

AVRO-2020: Pley-off üç aydan sonra keçiriləcək

2021-ci ilə təxirə salınan AVRO-2020-nin pley-off mərhələsinin oyunlarının da vaxtı dəyişdirilib.

Hurriyyet.org apasport.az-a istinadən xəbər verir ki, final mərhələsinə sonuncu 4 vəsiqənin sahibi bu ilin iyununda bəlli olacaq.

Martda keçirilməli olan qarşılaşmaların üç ay sonra baş tutması koronavirus pandemiyası ilə bağlıdır. Bu raundda Millətlər Liqasından pley-offa yüksələn komandalar çıxış edəcək.

Azərbaycan millisinin mübarizə apardığı D liqasının komandalarından Şimali Makedoniya - Kosovo  və Gürcüstan – Belarus oyunları iyunun 2-də, bu cütlərin qalibləri arasında həlledici matç 4 gün sonra keçiriləcək.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93