Avropa Birliyi Navalnıya görə Rusiyaya qarşı sanksiyaları RAZILAŞDIRDI

7

Avropa Birliyi Rusiyadan olan 6 şəxs və 1 ictimai birliyə qarşı sanksiya tətbiq edəcək.

Sanksiyalar siyasətçi Aleksey Navalnının “Noviçok” kimyəvi maddəsi ilə zəhərlənməsinə görə atılacaq.

Rəsmi Moskvanın məsələyə sərt reaksiya verməsi gözlənilir.

Xatırladaq ki, Alesksey Navalnı Tomsk-Moskva reysində özünü pis hiss etmişdi. Təyyarə Omskda eniş etdikdən sonra siyasətçi ağır vəziyyətdə yerli xəstəxanaya, ardınca isə Berlindəki klinikalardan birinə yerləşdirilib.

modern.az