Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

4

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı rusiyalı müxalifətçi Aleksey Navalnının kimyəvi maddə ilə zəhərlənməsi ilə bağlı Rusiyaya qarşı sanksiya tətbiq eləməyi qərara alıb. Sanksiya Rusiyanın kəşfiyyat təşkilatlarının vəzifəli şəxslərindən olan 6 nəfərə və 1 təşkilata – Rusiyanın Dövlət Orqanik Kimya və Texnologiya İnstitutuna qarşı tətbiq ediləcək.

Sənəddə qeyd olunduğuna görə, sanksiyalar Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyasının pozulduğu üçün tətbiq edilir.