Avropa pandemiya ilə bərabər daha bir qlobal təhlükə ilə üz-üzə gəldi – EKSTREMAL QURAQLIQ

29 İyun, 2020, 11:08
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Dərd tək gəlmir: pandemiya az idi, indi də Avropa yeraltı su mənbələrinin tükənməsi səbəbindən içməli və suvarma su problemi ilə üz-üzədir.

Britaniyanın “Daily Mail” qəzeti yazır ki, bu, qışın son üç il ardıcıl olaraq qeyri-adi isti və quru keçməsi ilə əlaqədardır. Bu il Avropada daha az qar yağması səbəbindən yeraltı su mənbələri həmişəkindən daha zəif olub.

AzərTAc “İsrail xəbərləri” saytına istinadla xəbər verir ki, may ayında qitəyə istilik dalğası yayılıb. Bundan əlavə, sinoptiklər yayın yenidən isti və quraq keçəcəyini proqnozlaşdırırlar.

“Copernicus” nəşriyyatı Avropada İqlim Dəyişikliyinə Nəzarət Xidmətinin yeraltı sular və gözlənilən quraqlığın vəziyyətinə dair hazırladığı xəritələri dərc edir. May və iyun aylarının əvvəlində Portuqaliya, İspaniya, Fransanın Bretan regionu, Danimarka, İsveçin və Finlandiyanın cənubu, Latviya və Estoniyada yağan az miqdarda yağışlar yeraltı su mənbələrinin vəziyyətini yaxşılaşdırsa da, sonra yağıntılar düşməyib.

Şərqi və Mərkəzi Avropada kənd təsərrüfatı bitkilərini suvarmaq üçün istifadə olunan yeraltı su mənbələri faciəli vəziyyətdədir. Bu, Şimali Qafqazı, bütün Ukraynanı (Zakarpatyadan başqa), Rusiya və Belarusun Avropa hissəsinin cənubunu, Polşanın cənubunu və mərkəzini, Slovakiya və Çexiyanı, Almaniyanın cənubunu və Fransanın şərqini əhatə edən tünd qırmızı rəngli geniş bir zolaqdır.

Çexiya hakimiyyəti bildirir ki, yaz aylarında su mənbələrinin 80 faizinin tükənməsi ölkəni son 500 il ərzində analoqu olmayan quraqlıq təhlükəsi qarşısında qoyub.

Ukraynada Desna çayının səviyyəsi 5 metrədək enib. Bu ötən 140 il ərzində müşahidə edilən ən aşağı göstəricidir.

“Son illər Mərkəzi Avropa qeyri-adi sabit hava səbəbindən bir neçə quraqlıq mərhələsinə məruz qalıb ki, bu da, qlobal istiləşmə ilə əlaqələndirilir. Çoxillik quraqlıq artıq yeraltı sulara və meşələrə də (qabıqyeyən böcəklərin hücumu səbəbindən) ziyan vurub”, – deyə Vyana Universitetinin mütəxəssisi baş verənləri şərh edərkən söyləyib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93