Avropa Şurası Yunanıstana xəbərdarlıq etdi

20

Hurriyyet.org xəbər verir ki, Avropa Şurasının Nazirlər Kabineti Yunanıstana Qərbi Trakyada türk azsaylı türklərə münasibətdə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının tətbiq edilməsi və Yunanıstan məhkəmələrinin yanlış qərarlarını düzəltməsi məsələsi ilə əlaqədar növbəti dəfə xəbərdarlıq edib.

“Anadolu Agentliyi”nin  verdiyi xəbərə görə, Avropa Şurası Nazirlər Kabinetinin açıqlamasında 1-3 sentyabr tarixində keçirilən iclasda Qərbi Trakya Türk İcmasına məxsus dərnəklərlə bağlı “Bəkir Usta davaları qrupu”nun yenidən araşdırıldığı bildirilib, Yunanıstanın Türk İcmasına qarşı məhkum edildiyi davalarda verilən qərarları tətbiq eləmədiyi qeyd edilib: “AİHM-in qərarının üzərindən 12 il keçməsinə rəğmən, Yunanıstan rəhbərliyi tərəfindən ona məhəl qoyulmaması, yerli məhkəmələr tərəfindən tətbiq edilməməsi dərin narahatlıq yaradır”.

Açıqlamada icmaların dərnəkləri ilə bağlı vəziyyətin 2021-ci ilin mart ayına qədər yenidən araşdırılacağı qeyd edilib.