Salam, xoş gəlmisiniz.

Avropa çempionatı: Cəbrayıl Həsənov da ermənini məğlub etdi

2020-02-14 18:37:00

Avropa çempionatı: Cəbrayıl Həsənov da ermənini məğlub etdi

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında növbəti görüşünü keçirib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Ermənistan təmsilçisi Arman Avaqyanla üz-üzə gəlib.

Qarşılaşmadan 8:4 hesabı ilə qalib ayrılan Həsənov yarımfinala yüksəlib. Məğlubiyyəti həzm edə bilməyən ermənilər iki dəfə qərara etiraz ediblər. Lakin onların "çelenc"lərindən yalnız biri təmin olunub.

Qeyd edək ki, 3 qat Avropa çempionu Cəbrayıl Həsənov təsnifat mərhələsində Nika Kentçadzeni (Gürcüstan), ardınca isə Omarasxab Nacmudinovu (Rumıniya) məğlub edib. Bu gün həmçinin Ağahüseyn Mustafayev (70 kq) erməni Gevorq Mxeyanı məğlub edib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93