Avropa İttifaqı İsrailə XƏBƏRDARLIQ ETDİ

18 Sentyabr, 2019, 20:05
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Avropa İttifaqı (Aİ) İsrail rejimi Baş Naziri Binyamin Netanyahunun açıqlamalarına münasibət bildirib.

Binyamin Netanyahunun İordan çayının qərb sahilində yerləşən İordan vadisinin birləşdirilməsi istiqamətindəki açıqlaması Aİ-ni cddi narahat edib.

Açıqlamada bildirilib ki, Aİ vəziyyəti çox yaxından təqib etməyə davam edəcək və mümkün bir ilhaq qarşısında lazımi addımları atılacaq.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin ofisindən verilən yazılı açıqlamada İsrail rejiminin İordan çayının sahilində qanunsuz yəhudi yaşayış məntəqəsi qurulmasına razılıq verməsi tənqid olunub:

"Aİ Şərqi Qüds daxil olmaqla, işğal altındakı Fələstin torpaqlarındakı bütün yaşayış məntəqələrinin beynəlxalq hüquqa zidd olduğunu bir daha vurğulayır. İsrailə bu çərçivədəki bütün fəaliyyətlərinə son verməyə çağırışı edirik.

Mümkün ilhaq addımı çox ciddi bir şəkildə beynəlxalq hüququn pozulması mənasına gəlir. İki dövlətli həlli çətinə salır və bölgə sabitliyini təhdid edir".

Qeyd edək ki, Netanyahu deyib ki, baş nazir vəzifəsinə yenidən seçiləcəyi halda İsrailin işğal etdiyi İordan çayının qərb sahilində yəhudi məskənlərini ilhaq edəcək. Beynəlxalq qanunvericiliyə görə, həmin yəhudi məskənləri qanunsuzdur, lakin İsrail bunu qəbul etmir. (FNA)


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93