Salam, xoş gəlmisiniz.

Avropa transyağlarla “müharibəyə” başlayır - Dəhşətli fəsadlar

2019-05-02 23:59:28

Avropa transyağlarla “müharibəyə” başlayır - Dəhşətli fəsadlar

Qida məhsullarında, xüsusən qablaşdırılmış şirniyyat, yemək və s. –də transyağlardan istifadə artıq normaları aşır.

Bir çox Avropa ölkələri qida məhsullarında transyağların normanı keçməməsinə, ümumiyyətlə miqdarının azaldılmasına xüsusi diqqət yetirir. Danimarka hər məhsulda cəmi 2% transyağın normasını təyin edib. Digər ölkələrdə isə bu faiz 2-5 arası dəyişir.

Bu yaxınlarda Avropa Komissiyası 100 qram ərzaqda 2 qramdan artıq transyağın olmaması barədə yeni reqlament qəbul edib. Bu qanun 2021-ci ildən qüvvəyə minir.

Hazırda istehsalçılar özləri resepturanı təyin edir və tərkibinə qatılan transyağın normasına çox zaman əməl etmir. Məhsulun etiketində transyağ olması göstərilməlidir, bu qaydaya da istehsalçılar əməl etmir.

Həkimlər tərkibində marqarin, kulinar yağ olan konditer məhsullarından ümumiyyətlə imtina etməyi tövsiyyə edir.

Transyağlar ürək, beyin damarlarını tutur, diabetə səbəb olur, qaraciyəri piyləndirir, dağınıq skleroz yaradır, orqanizmin təmizləmə işini pozur. \\Medicina

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93