"Breksit tarixinin təxirə salınması qərarı verilərsə…" – AVROPA İTTİFAQININ SƏDRİ

14 Mart, 2019, 14:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniyadakı səsvermədə Breksit tarixinin təxirə salınması qərarı veriləcəyi təqdirdə, Avropa İttifaqının üzvlərindən qərarı qiymətləndirməyi tələb edəcəyini söyləyib. Tusk deyib: “Birləşmiş Krallığın Breksit strategiyasını yenidən nəzərdən keçirməyi istəyəcəyi təqdirdə, qərarı Avropa İttifaqının 27 nəfər üzvünə təqdim edəcəyəm”.

Avropa İttifaqının liderləri Breksit məsələsini müzakirə eləmək üçün 21-22 mart tarixlərində birgə görüş keçirəcəklər.

Təftiş edilmiş Breksit müqaviləsini ikinci dəfə rədd edən İngiltərə Parlamenti dünən keçirdiyi iclasında ölkənin Avropa İttifaqından müqaviləsiz şəkildə ayrılması məsələsini müzakirə eləmişdi. Parlament 308 səsə qarşı 321 səs ilə müqaviləsiz ayrılmaq təklifini rədd eləmişdi.

Parlament bu gün keçiriləcək iclasında Breksit tarixinin uzadılması məsələsini müzakirə edəcək.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93