Salam, xoş gəlmisiniz.

Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina edib? - AÇIQLAMA

2020-03-25 11:09:00

Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina edib? - AÇIQLAMA

“Şəhərdaxili və rayondaxili 617 marşrut xətti üzrə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər”.

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. 

Onun sözlərinə görə, DANX sərnişinlərin qaydalara uyğun gediş-gəlişini fasiləsiz təmin ediləcək:

“Ancaq o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq, heç bir zərurət yoxdursa, evlərimizdən çıxmayaq! Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır.

Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlir, düşünmədən çalışacaqlarını bildirirlər. Onları da evdə gözləyənləri nəzərə alaq!”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93