Salam, xoş gəlmisiniz.

Avtomobillər körpüdən aşdı: 1 ailənin 3 üzvü olmaqla 4 nəfər yaralandı - VİDEO

2017-11-29 17:57:27

Avtomobillər körpüdən aşdı: 1 ailənin 3 üzvü olmaqla 4 nəfər yaralandı - VİDEO

Şəmkir-Kür qəsəbə avtomobil yolunun Təzəkənd kəndi ərazinsindən keçən hissəsində, dəmir yol xəttinin üzərindəki körpüdə yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org ARB TV-yə istinadla xəbər verir ki, Gəncə şəhər sakini 63 yaşlı Telman Məmmədovun idarə etdiyi "QAZ-24" markalı maşın "VAZ 21 06" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitələrinin hər ikisi körpüdən aşıb. 4 nəfər yaralanıb.

"QAZ-24"ün sürücüsü Telman Məmmədov, "VAZ"da olan bir ailənin üzvləri, Şəmkir rayon Qaracəmirli kənd sakinləri, 53 yaşlı Qoşqar İsayev, onun həmyaşıdı Səmayə İsayeva, 29 yaşlı Aynur Əhmədova Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

İlkin ehtimala görə, qəzaya "VAZ 21 06"nın dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Polis faktı araşdırır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93