Avtopa İttifaqına nifaq salan maska məsələsi – Fransa çətin vəziyyətdə olan İtaliya ilə İspaniyanın sifarişlərini ələ keçirib

3 Aprel, 2020, 16:12
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, İsveçdə fəaliyyət göstərən Mönlüke sağlamlıq şirkəti İtaliya və İspaniyaya göndərmək üçün Çindən idxal elədikləri 4 milyona yaxın maskanın və əlcəklərin Fransa tərəfidən ələ keçirildiyini bildirib. 

Yeni tiplik koronavirus epidemiyası davam etdiyi bir zamanda Avropa İttifaqının 4 ölkəsi – İsveç, Fransa, İtaliya və İspaniya arasında maska böhranı baş verib.

İsveçin Mölnlüke sağlamlıq şirkəti tərəfindən Çindən idxal edilən milyonlarla maska və əlcək Fransadan keçirilərək İtaliya və İspaniyaya göndərilməli idi. İsveç şirkəti tərəfindən alınan və Marsel üzərindən Liona çatan maskaların martın 5-də müsadirə məlum olub. İsveç hökuməti məsələyə müdaxilə etdikdən sonra Fransa sadəcə maskaların yarısını İtaliya və İspaniyaya göndərməyi qəbul edib.

Şirkətin maskaların geri alınması ilə bağlı 2 həftəlik danışıqları da heç bir nəticə verməyib. Hadisə Stokholm-Paris arasında diplomatik böhrana səbəb olub, lakin Fransanın yükün yarısını təhvil verməyi qəbul etməsindən sonra vəziyyət bir az mülayimləşib.

Mölnüke şirkətinin rəsmi internet saytındakı açıqlamada belə yazılıb: “Fransa tibb ləvazimatlarının ixracını qadağan etdi. Öz malı olmadığı halda, maska və əlcəkləri müsadirə etdi. Bu, son dərəcədə narahatlıq doğuran, yaraşmaz bir hərəkətdir”.

Şirkət rəhbərliyi Fransanın gözlənilməz davranışından sonra Çindən idxal ediləcək yeni tibb ləvazimatlarının Belçikadan keçirərək, İtaliya və İspaniyaya göndərəcəklərini bildirib.

Almaniya da maskaları ələ keçirmişdi

“Hiffinqton Post” qəzetinin ötən həftə yayılan xəbərində isə Çindən idxal edilən və Almaniyadan keçirilərək İtaliyaya göndərilməsi nəzərdə tutulan maskaların Almaniya tərəfindən müsadirə edildiyi bildirilmişdi.

Çexiya da İtaliyanın nəfər aparatlarını özündə saxlamışdı

Qeyd edək ki, oxşar vəziyyət daha əvvəl də Çexiya və İtaliya arasında yaşanmışdı. Çexiya Çindən İtaliyaya göndərilən maska və süni tənəffüs cihazlarını Praqada saxlamışdı.

ABŞ Fransanın maska sifarişini “göydə qapmışdı”

Xəbər verdiyimiz kimi, bu günlərdə amerikalılar Fransa üçün hazırlanmış maskaları çinlilərdən üçqat bahasına almışdılar. Fransadakı xəstəxanalar və qocalar evləri üçün nəzərdə tutulmuş böyük miqdarda tibbi maska sifarişi  Çində təyyarəyə yüklənən zaman amerikalılar tərəfindən üçqat bahasına alınmış və Fransaya yola düşməli olan təyyarə istiqamətini dəyişərək düz ABŞ-a üz tutmuşdu (https://hurriyyet.org/xeber/amerikalilar_fransa_ucun_nezerde_tutulmus_maska_sifarisini_inden_ucqat_bahasina_aldi).

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93