Salam, xoş gəlmisiniz.

Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb

2019-07-17 10:15:15

Avtovağzal kassirlə bağlı ciddi ölçü götürdü - 5 yaşlı uşağa tam bilet satıb

Bakı avtovağzalında 5 yaşlı uşağına tam bilet satan kassir cəzalandırılıb.

Hurriyyet.org Trend-ə istinadla xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, bununla bağlı ailə üzvlərindən biri avtovağzalla əlaqə saxlayıb:

"Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı xəbər yayılıb. Xəbər yayılmadan öncə ailə üzvlərindən biri bizimlə əlaqə saxladı, məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik, ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik. Satışı həyata keçirən kassir barəsində ciddi ölçü götürüldü".

P.Məmmədova əlavə edib ki, əgər şikayət varsa və sərnişin haqlıdırsa, bu məsələnin həllinə maksimum çalışırıq: "Bəzən belə yazıları "Avtovağzalın özbaşınalığı" adlandırırlar. Özbaşınalıq o zaman olardı ki, məsələ tam diqqətdən kənar qalardı".

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93