Salam, xoş gəlmisiniz.

Avtoxuliqan yol polisini təhqir etdi - VİDEO

2019-03-04 11:05:48

Avtoxuliqan yol polisini təhqir etdi - VİDEO

Azərbaycanda avtoxuliqan onun qarşısını kəsən yol-patrul xidmətinin əməkdaşını təhqir edib.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, kadrlarda 99-YP-210 dövlət nömrə nişanlı “BMW” markalı yol-patrul xidməti avtomobilinin 90-LJ-238 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilinin qarşısını kəsdiyi əks olunub.

Bu hadisədən qəzəblənən “VAZ-2107”nin sürücüsü avtomobili ilə yol polisi xidmətinin maşınına zərər yetirir.

Bundan sonra avtomobili tərk edən sürücü yol polisi əməkdaşını təhqir etməkdən belə çəkinmir.

Hadisənin dəqiq çəkilmə yeri və vaxtı məlum deyil.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamağa çalışırıq.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru