Salam, xoş gəlmisiniz.

Çavuşoğlu Belçikaya etirazını bildirdi

2020-01-29 14:45:00

Çavuşoğlu Belçikaya etirazını bildirdi

Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Belçika məhkəməsinin PKK terror təşkilatı ilə bağlı qərarının hüquqla yaxından-uzaqdan əlaqəsi yoxdur”.

Belçika Ali Məhkəməsi PKK terror təşkilatının 36 nəfər üzvünə qarşı Federal Prokurorluğun 2010-cu ildə başladığı istintaqın mühakimə ilə davam eləməsinin qarşısını alan qərar qəbul edib.

Nazir Çavuşoğlu “Tvitter” hesabındakı mesajında deyib: “Belçika məhkəməsinin PKK terror təşkilatı ilə bağlı qərarının hüquqla heç bir əlaqəsi yoxdur. Bu, ideoloji və siyasi qərardır. Bizə hüquq öyrətməyə çalışanların qorxu altında verdikləri ikiüzlü qərardır. Belə ideoloji qərarlar bizi xain terror təşkilatları ilə mübarizəmizdən çəkindirə bilməz”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93