Salam, xoş gəlmisiniz.

Çavuşoğlu F-35 məsələsi ilə bağlı açıqlama verdi: “CAVAB ADDIMLARI ATARIQ”

2019-07-22 13:26:46

Çavuşoğlu F-35 məsələsi ilə bağlı açıqlama verdi: “CAVAB ADDIMLARI ATARIQ”

“İncirlik bazası” ilə bağlı addımlar ata bilərik”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işər naziri Mövlud Çavuşoğlu Rusiyadan S-400 sistemlərinn lınması və ABŞ-ın F-35 qərarı ilə bağlı açıqlama verib. Çavuşoğlu deyib: “ ABŞ sanksiyalar tətbiq edərsə, lazımi cavabı verəcəyik. “İncirlik” aviabazası ilə bağlı addımlar atıla bilər, bu təhdid və ya şantaj deyil, mövcud şəraitdə təbii mövqeyimizdir”.

Çavuşoğlu TGRT kanalına müsahibəsində deyib: “Türkiyə öz silahlarını istehsal eləmək məsələsinə ciddi yanaşır. Biz öz qırıcılarımızı istehsal eləmək istəyirik. Lakin F-35 yeni texnologiyalardır. Ona görə də biz proqramın tərəfdaşı olduq, 1,4 milyard dollar sərmayə qoyduq. Lakin hər şey mənfi ssenari üzrə getdi, bunu bizə verməyəcəklər, deməli, bu çatışmazlığı aradan qaldırmaq üçün bizim S-400 sistemlərini almağımız Türkiyənin ən ilkin hüququdur. Biz indi sırf öz maraqlarımız daxilində çıxış edəcək və başqa alternativlər axtaracağıq”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru