Salam, xoş gəlmisiniz.

Çavuşoğlu meydan oxudu - “Avropaya arxalanma, masaya otur!”

2019-07-16 20:29:07

Çavuşoğlu meydan oxudu - “Avropaya arxalanma, masaya otur!”

Buna sanksiya demək məsələni çox ciddi qəbul etmək anlamına gəlir. Buna gərək yoxdur. Bizə təsir göstərəcək şeylər deyil.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu AB-nin Ankaraya qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib.

“Hava nəqliyyatı danışıqları onsuz da Kipr tərəfinin təşəbbüsü ilə dayandırılmışdı. AB həmişə Mərkəzi Banka müdaxiləni tənqid edir, indi isə öz banklarına göstəriş verir. Anlaşılmaz bir həmrəylik anlayışı ilə Kipr və Yunanıstanın təzyiqilə bu cür bəsit qərarlar qəbul etdilər. Qəbul etdikləri qərarların tətbiqinin mümkün olmadığını özləri də bilir. AB-də 15 iyuldan sonra Türkiyəyə gəlmədikləri üçün peşman olduqlarını söyləyirlər. Bundan sonra Türkiyəyə qarşı bir qərar qəbul edilsə, fəaliyyətimizi artıracağıq. Orada 3 gəmimiz var, dördüncü gəmimizi də ən qısa müddətdə Aralıq dənizinin şərqinə göndərəcəyik. Kiprin türk xalqının haqqını zəmanət altına almadıqları müddətdə biz oradakı fəaliyyətlərimizi davam etdirəcəyik. Kipr də AB-yə arxalanmasın, türk tərəfi ilə masaya otursun”, – Çavuşoğlu bildirib. \\Axar.az


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru