“Ay oğul, Mir Şahin nədir e? Sən Allah…” – Rəşid Mahmudov

10 Sentyabr, 2019, 14:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Tibb elmləri namizədi Rəşid Mahmudov jurnalist Mir Şahin Ağayevin uşaq pulu məsələsi ilə bağlı fikirlərinə münasibət bildirib:

“Mir Şahin Stalindir, Lenindir ya Marksdır? Ay oğul, Mir Şahin nədir e? Sən Allah, başqa işlə məşğul olun”.

R. Mahmudov həmçinin uşaq pulu məsələsilə bağlı öz fikirlərini də bildirib. O, Azərbaycanda uşaq pulunun verilməsinin tərəfdarı olduğunu vurğulayıb:

“Uşaq pulu niyə verilməməlidir axı? Hətta Rusiyada doğulan hər bir oğlana 10 min dollar pul verirlər. Uşaq pulu Azərbaycanda da verilməlidir. O zaman artım olmaz axı, millət artmaz, inkişaf olmaz. Mütləq verilməlidir”.

Qeyd edək ki, tanınmış jurnalist Mir Şahin Ağayev özünün “Mir Şahinin vaxtı” analitik proqramındakı şərhində uşaq pulu verilməsi ilə bağlı, “bu müavinət bərpa oluna bilməz” ifadələrini işlədib və bu fikrini bir neçə səbəblə müdafiə edib./yeniavaz.com/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93