Aytən Səfərovadan qalmaqallı çıxış: “Üç cins var” – VİDEO

12 May, 2020, 22:05
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“İndi üç cins var. Əvvəl kişi və qadın idi. İndi “əsl kişi” kişilər, “xanım-xatun” qadınlar və həm qadın həm də kişi cinsinə aid “qadın”lar var”.

Hurriyyet.org Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Aytən Səfərova ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramında deyib.

A.Səfərova canlı efirdə “qadına qarşı şiddət” mövzusundan söz açaraq, fikirlərini bu sözlərlə davam etdirib:

“Əgər birinci dəfə kişi əsəbiləşib qadınına şillə vurursa udub, keçmək olar. Amma ikinci dəfə bu hadisə təkrarlanırsa, oradan baş götürüb, qaçmaq lazımdır. Çünki bu insan başlayacaq mütəmadi şəkildə əl qaldırmağa. Buna isə nə yol vermək, nə də ki göz bağlamaq olar”.

Qeyd edək ki, teleaparıcı Aytən Səfərovanın iki oğul, bir qız övladı var.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93