Azərbaycan dövlətinə qarşı soyuq savaş “Kripto etnos” ideologiyasının detalları…

30

Qonşu Gürcütsanda etnik gürcülərdən başqa, bu ölkədə svan, imeret, çan, meqrel, quriya, pşav, tuşin, xevsur, kartli, kaxet, acar, moxe, kizik, mitulı, quda-makar, raçin,  ingiloy və leçxum kimi azyaslı toplumlar yaşayırlar.

Onlar heç bir zaman özlərini gürcü cəmiyyətindən ayrı hesab etməyiblər. Rusiya, Ukrayna, Belorus, Moldova, Qazaxstan, Özbəkistan, Polşa, Almaniya, ABŞ, İsrail, İngiltərə, İspaniya, İtaliya, Kanada, Estoniya, Litva, Portuqaliya, Avstriya, Hollandiya, Belçika və digər ölkələrdə orta hesabla 1.5 milyon gürcü yaşayır. Ancaq onların diaspor təşkilatlarında heç bir zaman regional və etnik mənsubiyyətə görə ayrımçı siyasət yaşanılmayıb. Vahid gürcü etnosu və Gürcüstan vətəndaşı olmaqdan qürur duyublar. Azərbaycanla bağlı bizlər son illərdə bəzi erroziyaya məruz qalmış etnoloji-psixoloji proseslərlə üz-üzə qalmaq məcburiyyətindəyik.

Bunun əsas günahkarlarından biri də Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyinin səhlənkar fəaliyyəti ilə bağlıdır. Belə ki, keçmiş rəhbərlik nepotizm və traybalizm prinsiplərinə söykəndiyi üçün bu məsələdə xeyli problemlər hələ də həll olunmamış qalıbdır. Yaranmış belə bir şəraitdən İran, Ermənistan və digər dövlətlərdəki bəzi qüvvələr Azərbaycana qarşı düşmən siyasəti yürüdüblər. Ona görə də ölkəmizə qarşı etnosiyasi, etnokulturoloji və yeni etnonim anlayışında separatçı siyasətlərin bir sıra çalarları müşahidə olunur. Hətta prosesləri daha da sürətləndirmək üçün bəzi milli sapqınları ələ alaraq dövlətçiliyimizə qarşı provakativ aksiyalar da həyata keçirilir.

“Geosiyasi Araşdırmalar Mərkəzi”nin separatçı konsepsiyası

Rusiya Federasiyasının paytaxtı Moskvada bəsit məzmunlu şeirlər yazan, özünü süni şəkildə talış xalqının milli hərəkatının liderri hesab edən Zabil Məhərrəmov adlı birisi Ermənistanın xüsusi sidmət orqanları tərəfindən maliyyələşməklə “OTV” adlı tv kanal yaratmaqla yanaşı, həm də “Talış Geosiyasi Araşdırmalar Mərkəzi”ni elan edibdir. Bu mərkəzin strateji hədəfləri bundan ibarətdir:1. Azərbaycan Respublikası etnik ayırmalara əsasında federal bir dövlət modelinə keçməlidir. Buraya Azərbaycanın işğal altında olan əraziləri daxil olmaqla “Artsax-Erməni Muxtar Respublikası”, “Talışstan Muxtar Respublikası” (Salyan, Neftçala, Biləsuvar,  Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara), “Ləzgistan Muxtar Respublikası” (Qusar, Xaçmaz, Qəbələ, Oğuz, İsmayıllı, Şəki), “Avarstan Muxtar Respublikası” (Qax, Zaqatala, Balakən, Gürcüstanın Laqodexi, Kaspi rayonları), “Şirvan-Tat Muxtar Respublikası” (Bakı, Quba, Siyəzən, Şabran, Xızı, Şamaxı, Qobustan və Abşeron) və Naxçıvan Muxtar Respublikası regional idarəetmə konsepsiyası kimi qəbul edilməlidir.


2. Əgər Azərbaycan Respublikası ərazisində federal dövlət modelinin yaradılması mümkün deyilsə, o zaman teokratik “Azərbaycan Şiə Respublikası” elan edilməlidir.


Ermənistan xüsusi sidmət orqanları Rusiya, Ukrayna, Belorus və Qazaxstandakı diasporun vasitəsilə son illərdə bu ölkələrdə yaşayan azərbaycanlılar arasında etnik bölücülük siyasətlərini formalaşdırmaq üçün, bəzi addımlar atıblar. Moskvada İsmayıl Şabanov “Rusiya Federal Talış Milli-Mədəni Muxtariyyatı Mərkəzi” adlı qurumu yaratmaqla, “Rusiya Erməniləri İttifaqı” təşkilatının rəhbərliyində təmsil olunan erməni milyonçularının ayırdığı qrant layihələri əsasında Azərbaycana qarşı etnik separatizm siyasətini körükləməklə məşğuldur.

Rusiyada yaşayan azərbaycanlı əhalinin arasında kasıb təbəqə ilə işini quran İsmayıl Şabanov erməni strateji mərkəzləri üçün hazırladığı hesabatda qeyd edir ki: “Rusiya Federasiyası ərazisində yaşayan azərbaycanlılardan 250 min nəfəri mənşəcə talış etnosuna məxsusdurlar. Onları etnik baxımdan ayırmaq və “irandilli” xalq ideyasını geniş şəkildə təbliğ etmək, onlar üçün müxtəlif regionlarda ayrıca mədəni mərkəzlər yaradılmalıdır”.

Bu məqsədlə artıq Sankt-Peterburq, Kalininqrad, Sverdlovsk, Oryol, Çelyabinsk, Orenburq, Həştərxan, Samara, Tümen, Tver və digər regionlarda “Talış Milli-Mədəni Muxtariyyatı” adlı qurumlar yaradılıbdır. Hal-hazırda bu qurumlar sosial şəbəkələrdə Azərbaycan Respublikasına qarşı antidövlət təbliğatları aparırlar.

Çünki, Rusiyadakı erməni banklarından və onlara bağlı müxtəlif holdinqlərdən aylıq maddi dəstək alırlar.

Mühacirətdəki şizofrenik təfəkkürlə etnik separatizm ideyası1993-cü ilin yayında Azərbaycan Respublikasına qarşı Ermənistanın etnik bölücülük siyasətinin tərkib hissəsi olan “Talış-Muğan Respublikası”nı elan etmiş Əlikram Hümbətov cinayət əməllərinə görə neçə il həbsdə olsa da, azadlığa buraxılandan və mühacirətə getdikdən sonra yenə də əvvəlki şizofrenik ağlı ilə hərəkət edir. Onun rəhbərliyi altında bu dəfə Hollandiyada qondarma TMMH (Talış-Muğan Mühacir Hökuməti) elan edilib.

Hətta bu qondarma hökumətin “nazirlər kabineti” də var. Beləliklə Ermənistanın xüsusi xidmət orqanlarının planları sayəsində Rusiyadakı və Avropadakı separatizm ideyasının tərəfdarları vahid orqanizm kimi hərəkətə keçməyi planlaşdırıblar. Ona görə də, vahid informasiya məkanı kimi “Talış Media İnformasiya Agentliyi” və “Talış Geosiyasi Araşdırmalar Mərkəzi” yaradılıb. İndiki halda Moskvada fəaliyyət göstərən “OTV” kanalı da bu hədəfləri sərgiləyir.

Bu iki struktur özünə haqq qazandırmaq üçün, “kadusi” adlı təbliğatı irəli sürürlər. Həmin ideyaya görə guya qədim sasanilər imperiyasının dövründən Azərbaycanın Xəzərətrafı regionlarının aborigen toplumları ancaq, “irandilli”, yəni indiki talışlar olmuşlar. Türk mənşəli, yəni azərbaycanlılar buraya XI əsrdə köçüb gəliblər. İddia olunan həmin ərazilərdə tarixin yeddi minillik maddi-mədəni abidələri sübut edir ki, Xəzərətrafı bölgələrdə “irandilli” xalqların mədəni mirası ilə bağlı hər hansı bir abidə belə yoxdur.

Bununla belə, Azərbaycan Respublikasına qarşı aparılan etnik separatizm ideyaları

1) Qondarma müstəqil “Talışstan” dövləti ideyasının tərəfdarı kimi (bu ideyanın lideri Fəxrəddin Abbasovdur),

2) Bir qrup talışın fikrincə mövcud problemlərin Azərbaycanın daxilində və mövcud hakimiyyətlə müzakirələr yolu ilə mümkünlüyünü qəbul edir (onlar Azərbaycan Talışları İctimai Şurası adlı qurumda birləşiblər),

3) Talış xalqının müqəddəratının yalnız beynəlxalq təşkilatlar və Avropa dövlətlərinin yardımı ilə mümkün olduğunu qəbul edən qrup (TMMH),

4) Talışlara dövlətçilik haqqının tanınması yalnız regional güclərin köməyi sayəsində mümkün olması ideyasının tərəfdarları (İran və Rusiyanın dəstəyini vacib hesab edirlər).

Bu dörd qrupun iddiasına görə, fərqli formalarda mübarizənin son nəticəsi “talışların dövlətçiliyi”nin”rəsmiləşdirilməsi ideyasına xidmət etmək gərəkdir. Bu dörd qrupun ən təhlükəli sayılanları “paniranizm” və “şiəçilik” ideyasının ətrafında birləşənlərdirlər. Onların çoxu İranda dini təhsil alanlardır. Hətta İranın müxtəlif radikal dini qruplarının tərkibində İraq, Suriya, Livan, Fələstin, Əfqanıstan, Oman, Sudan və Yəməndəki yerli dini qruplaşmaların tərkibində döyüş təcrübəsi də keçiblər. Azərbaycan dövlətçiliyinə qarşı elan edilmiş “Müsəlman Birliyi Hərəkatı”, “Azərbaycan Ruhanilər Məclisi”, “AİP”  və digər radikal dini qurumlarda təmsil olunmaqdan çəkinmirlər. Dördüncü qrupun üzvlərinin liderləri demək olar ki, əsasən mühacirətdə yaşayırlar.Silahlı mübarizəyə hazırlıq üçün gözlənilən fürsət

Xaricdə yetişən və həmin ölkələrin xüsusi xidmət orqanlarına bağlı etnik separatizm ideyasının Azərbaycana qarşı yönləndirilməsi məsələsində çox təəssüflər olsun ki, adını İran İslam Respublikası qoymuş ölkənin bəzi dairələri bu ideyadan bir addım da olsun geri çəkilmək fikrində deyillər. Belə ki, həmin ölkənin Gilan vilayətinə bağlı
Rizvanşəhr, Masal, Ləngərud, Rudsər, Fumən, Sövməə-Səra, Siyahkəl, Lhican, Əmləş və Şəft rayonlarında “Talış mədəniyyət mərkəzi” adlı qurumlar yaratmaqla həmin bölgələr üzərindən “parstoday.com informasiya mərkəzi”, aylıq “Talış” dərgisi  və “taleshi.irib.ir” radiosu vasitəsilə Azərbaycan Respublikasına qarşı təbliğatlarını bir an da olsun dayandırmayıblar. O da bəllidir ki, İİR-də informasiya məkanları dövlətə tabe olan struktur kimi qəbul olunur. Onlar ölkənin daxiliişlər nazirliyi tərəfindən idarə olunurlar.
Apardığımız araşdırmalar zamanı bəlli olub ki, üç istiqamətdə idarə olunan bu informasiya mərkəzlərinin materialları İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin “iranşünaslıq kafedrası”nın nəzdində Vardan Voskanyan və Harnik Asatryanın rəhbərliyi altında hazırlanmışdır. Bu kafedranın əməkdaşları tərəfindən hazırlanmış və Azərbaycana qarşı etnik separatism ideyalarını körükləyən yazılar da xüsusi yer tutur. Faktiki olaraq, bu üç informasiya mənbəyi Azərbaycan dövlətinə qarşı
a) Dini siyasi mübarizə,
b) Silahlı mübarizə ideyaları
na üstünlük verirlər. Bunun üçün 42 illik təcrübəyə malik “İran İslam İnqilabı”nın təcrübələrinə istinad edilir. İİR tərəfindən “İslam İnqilabı”nın dünyaya ixracı konsepsiyasına da üstünlük verilir. Hezbollah adı ilə Suriya, İraq, Pakistan, Əfqanıstan, Livan, Yəmən, Oman, Sudan, İraq, Fələstin, Liviya və başqa ölkələrdə aparılan mübarizənin tarixi ilə bağlı gündəlik informasiyalar və təhlillər xüsusi yer tutur.

Bu gün sözdə dinc yolla talış xalqının azadlığı uğrunda mübarizə apardığını elan edənlər əslində “arxa cəbhə”də hər an silahlı mübarizəyə üstünlük verəcəklərini gizlətmirlər. Etnik separatizmə dayanıqlı şəkildə Naxçıvan Muxtar Respublikasının nədən muxtar statusunun olmasını şübhəyə almağı da unutmurlar.

Halbuki, bu məsələ beynəlxalq qanunlarla statusa malik olan təminat deməkdir. Təbii olaraq belə bir statusun tarixi köklərini ermənilər çox yaxşı bilirlər. Ona görə də, Naxçıvan Muxtar Respublikasının statusunun ya ləğv edilməsi, ya da Azərbaycanın tərkibində digər muxtar regionların yaradılması hədəflərini sərgiləyirlər.
Dünyada təbii olaraq monoetnik dövlətlər yox dərəcəsindədir. Ancaq, bununla yanaşı hər bir mədəni ölkədə milli azlıqlara hüquqlar da verilir.

Bu hüquqlar çərçivəsində milli azlıqlar öz həyat normalarını təmin edirlər. Azərbaycan Respublikasında zatən bu qanunlar 1992-ci ildən mövcuddur. Ona görə də, əksər milli azlıqlar bu hüquqları çərçivəsində fəaliyyətlərini davam etdirirlər. Belə bir hüquq demək olar ki, postsovet məkanında heç bir dövlətdə mövcud deyil.

Ona görə də, Azərbaycanda separatizmə meyillik sadəcə erməni vətəndaşlar arasında yaşanılıbdır. Belə bir ideyanı digər milli azlıqlar arasında yayılması sadəcə Ermənistanın maraqlarına xidmət edir.

 

Ənvər BÖRÜSOY