“Azərbaycan hakimiyyəti İranın qorxusundan səsini çıxarmır” – ARİF HACILI

7 May, 2020, 12:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Hökümət bir yana, kimsə indiyədək şeyx Allahşükür Paşazədənin İranın erməni separatizminə dəstək verməsinə etiraz etməsinin şahidi oldumu?”

“İndi Dağlıq Qarabağ ərazisi silahlı quldur dəstələrinin nəzarəti altındadır. Orada mövcud olan rejim mahiyyətcə Yaxın Şərqdə bəzi əraziləri qanunsuz silahlı dəstələr vasitəsi ilə nəzarətdə saxlayan İŞİD-lə eynidir”. Hurriyyet.org xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Arif Hacılı hesab edir ki, Dağlıq Qarabağdakı qüvvələrə dəstək vermək beynəlxalq terrorizmə dəstək vermək deməkdir: “Amma İran hakimiyyəti bundan çəkinmir. Aşkar şəkildə Qarabağda olan tanınmamış, terrorçu rejimə dəstək verir. Dövlətin, xalqın taleyi barədə yox, öz hakimiyyəti və əldə etdiyi varidatı qorumaq barədə düşünən Azərbaycan hakimiyyəti isə İranın qorxusundan səsini çıxarmır. Hökümət bir yana, kimsə indiyədək şeyx Allahşükür Paşazədənin İranın erməni separatizminə dəstək verməsinə etiraz etməsinin şahidi oldumu? O bir dəfə beynəlxalq birliyi, elə İranı məsələn, Qarabağda müsəlman abidələrinin, qəbirlərinin dağıdılmasına etiraz bildirməyə, buna görə hansısa tədbirlər görməyə çağırdımı? İndi Allahşükür Paaşazadə Amerika prezidentindən İrana qarşı sanksiyaların ləğv olunmasını xahiş edir. İlham Əliyev tez-tez 5-ci kalondan, xarici qüvvələrə xidmət edənlərdən danışır. Qeyri-müəyyən, ünvansız ittihamlar ikrah doğurur. 5-ci kalon, Qarabağ separatçılarına dəstək verənlərin müdafiəsinə qalxan daxili qüvvə ortadadır. O qədər arxayınlaşıb ki, leqal fəaliyyətə keçib”.

Valeh TÜRKSOY, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93