“Azərbaycan Hava Yolları”nın iki çarter reysi ilə 212 Azərbaycan vətəndaşı İstanbuldan BAKIYA GƏTİRİLİB

7 May, 2020, 20:53
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Mayın 7-də Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata kecirilib.

“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilmişdir. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub.

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən  müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir. \\APA


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93