Azərbaycan idmanına ağır itki üz verib

59

Bu gecə Azərbaycan Milli İdman Assosiasiyasının Prezidenti, SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanov vəfat edib.

 

Qurbanovlar ailəsinin Azərbaycan idmanının inkişafında xüsusi yeri var.

 

 

Belə ki, mərhumun qardaşı Cavanşir Qurbanov Azərbaycan Güləş Federasiyasının qurucularındandır və Güləş Federasiyasının vitse-prezidentidir.

 

Mərhumun ailəsinə baş sağlığı veririk.\\Sfera