“Azərbaycan mütləq erməni faşizmi üzərində qələbəni qeyd edəcək!” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

9 May, 2020, 14:32
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Biz bütünlüklə ərazilərimizin işğaldan azad edilməsinə fokuslanmalıyıq, bu istiqamətdə ciddi işlər görülməlidir”

“Bu gün faşizm üzərində qələbənin 75 illiyidir. Dünya bir olaraq faşizmə qalib gəldi. Bu qələbədə Azərbaycan həm canlı qüvvəsi, həm də öz nefti ilə müstəsna rol oynayıb”. Hurriyyet.org-un məlumatına görə, belə bir açıqlama ilə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

SSRİ tərkibində Azərbaycanın 600 min canlı qüvvə ilə müharibənin ön sıralarında olduğunu vurğulayan politoloq qeyd edib ki, cəbhədə sərf olunan neftin 70 faizini Bakı təmin edib: “Bununla Azərbaycan qələbənin əldə edilməsində payı var. Bu gün Azərbaycan bu qələbəni qeyd etməyə Rusiya kimi haqq edir. Bu müharibənin Azərbaycan üçün ya vətən müharibəsi, yaxud böyük dünya müharibəsi adlanması, bir o qədər əhəmiyyət kəsb etmir. Bir ideloji platforma altında hamı qələbə, vətən üçün səfərbər olmuşdu. Bu gün Azərbaycan xalqı üçün də ideloji əsaslar vacib və aktualdır. Çünki torpaqlarımızın 20 faizi Ermənistanın işağlı altındadır. Biz bütünlüklə ərazilərimizin işğaldan azad edilməsinə fokuslanmalıyıq. Bu istiqamətdə ciddi işlər görülməlidir. Qələbəni təkcə ordu həll etmir. Bir məsələni qeyd edim ki, əgər ABŞ müharibəyə qoşulmasaydı, SSRİ-yə kömək etməsəydi, Hitler SSRİ-ni məğlub edəcəkdi. Bundan sonra Hitlerin yeni hədəfi Çin və ABŞ idi. Ona görə də ABŞ Almaniyanın SSRİ-yə hücumunda təhlükənin fərqində olduğunu görürdü”.

Bu gün Azərbaycanın erməni faşizmi ilə mübarizə apardığını deyən Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda faşizm dövlət idelogiyası kimi təbliğ edilir: “Faşizmə xidmət edən Ndjdenin Yerevanda heykəlinin ucaldılması faşizmin təbliğinin bariz nümunəsidir. Bu onu göstərir ki, ermənilər faşizm idelogiyasından türklər və azərbaycanlılara qarşı istifadə edir, bundan sonra da edəcək. Məhz prezident İlham Əliyevin daim Ermənistanda faşizm məsələsini beynəlxalq platformalarda qaldırması, Ermənistanın indiki və gələcək planlarının beynəlxalq təhlükəsizlik üçün nə qədər təhlükəli olduğunu göstərir. Buna rəğmən, hesab edirəm ki, Azərbaycan mütləq erməni faşizmi üzərində qələbəni qeyd edəcək!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93