“Azərbaycan” sözü necə yarandı…

14

Az/As boyadımız – Azərbaycandan Asiyayadək

(Tarixi hamıdan sonra yazmağa başlayan xalqlar doğru-yalan, fərqinə varmadan başqalarına istinad etmək zorunda qalacaqlar. Necə ki, tarixi hamıdan öncə yaradan türk xalqları bu durumdadırlar. –Müəllif)

Gələnəksəl olaraq, çox hallarda, yaratdıqları tarixi belə özləri yazmağa ərinən ulu babalarımızın yazılı mirasa boşluqlarla yanaşmaları bu gün həmin tarixi başqalarının baxış bucağından, başqalarının qərəzli qələmindən öyrənməyə səbəb olmuşdur. O üzdən də alp-ərən ulularımızın tarix içində yeri küncə qoyulmuşdur. Tarixöncəsi fəaliyyətləri/çalışqanlıqları/ zirvələşən bahadır dədələrimizin mədəni yaradıcılığı da birinci olmuşsa, ancaq uğurlarımızın qırıntılarından, soyumuzun qalıqlarından (ya da calağından) fərasətlə faydalana bilənlər dövlət(lər) qurmuş, ocaqları mədəniyətin beşiyi adına yiyələnmiş, nəsilləri tarixin taxtına çıxmış, bizlərə yuxarıdan baxmaqda, tarixdəki keçmiş, həm indiki yerimizi də yanlış göstərməkdədirlər. Bu yanlış-yanıltıcı cızmaqaraların yaratdığı-quraşdırdığı dolambaclar, həm çəpəki baxışların doğurduğu düşüncə şikəstliyi az qala özümüzü-sözümüzü belə tanımağı əngəlləməkdədir: Kür, Araz, Alban, Aran, Azər, Azərbaycan kimi bölgədə və tarixdə varlığımıza tanıq olan sözlər belə yabançı məxrəclərə köklənməkdədir…

Bu qarışıqlıqlardan yerli və yabançı düşüncələri aydınlığa çıxarmağın tək yolu isə tərəfsiz mövqe sərgiləyərək sorunun çözümünə aparan həryönlü, tutarlı dəlilləri bularaq meydana sürmək və kəsərli məntiqi baxışları ortaya qoymaqdır…

[Bu qarışıqlıqlar haqda həryönlü görünüş yaratmaq üçün Orxon-Yenisey yazılarının açıqlanma taleyinə diqqət yetirək: Dünya çaplı ünlü şair, həm bilgin Oljas Süleymenovun yazdığı kimi, hətta iş o yerə çatmışdı ki, indi bütün dünya tərəfindən türk yazılı abidələri kimi quşqusuz qəbul olunan Orxon-Yenisey yazıları, genəllikdə də Sibir run yazıları yaxın çağlara qədər rəsmi bilimsəl çevrələrdə və elmi ədəbiyatda əsasən irankökənli, ya da uzaqbaşı aramey-semit kökənli yazılar sayılmaqdaydı. (Gerçəklərə dayanmış olsaydı, doğal olaraq, sorun olmazdı…) Halbuki hələ XIX yüzillikdən Danimarka bilgini V.Tomsen Orxon-Yenisey yazılarını kəşf etmiş və özünün yaratdığı sistemlə oxuyaraq bunların türk yazıları olduğunu bildirmişdi. Bu yazıların guya irankökənli olması fikrini isə ilk dəfə fin alimi O.Donner irəli sürmüşdü. Qısası, XX yüzilliyin ortalarından sonra da bir sıra nüfuzlu elm adamları Orxon-Yenisey mətnlərinin iran, ya da aramey-semit kökənli yazılı anıtlar saymaqdaydılar. Baxmayaraq ki, hələ XIX yüzilliyin sonunda V. Radlov, həm Melioranski V.Tomsen üsulu ilə bu yazıları oxuyaraq türkcə olduğunu açıqlamışdılar, sonralar – XIX yüzilliyin ortalarınadək isə S.Y.Malov da bu yöndə üç elmi yazı çap etdirmişdi.]

Hal-hazırkı qonumuz isə “Azərbaycan”  ölkəadı və onu yaradan ünsürlərin açılımıdır. “Azər”, “Azəri”, “Atropaten”, “Azərbaycan” sözlərinin anlamını açıqlamağa çalışarkən bilərəkdən və ya bilməyərəkdən yanlış yanaşmalar irəli sürülərək dolaşıq sonuclar sərgiləndiyindən, məsələyə daha böyük coğrafi çərçivədən, daha geniş – həryönlü və daha əski qaynaqlar toplusu işığında baxılması önəmlidir, zəruridir. Son dönəmlərdə yeni üzərə çıxaraq, əzbərləri pozan araşdırma sonucları ilə dünyanı idarə edən güc mərkəzlərinin “yunan mədəniyyətini bilərəkdən türk mədəniyyətindən daha irəliyə çəkdik” etirafı səsləşmiş oldu. Bununla da türk mədəni kimliyinin, eləcə də türk yazılı kimliyinin ilkinliyi öz təsdiqini tapmış, onaylanmış oldu… İstər türklərin dünyada məskunlaşma tarixi və coğrafiyası, istərsə də türk mədəniyətinin yabançı tanınmış mədəniyyətlərdən asılılığı ilə bağlı elmi düşüncələr, elmi yanaşmalar alt-üst oldu… Türklərlə bağlı bir sıra tarixi qonuları ehkam/doqma/ kimi götürülmüş yanlış yunan, ya assur (əslində: asur) qaynaqlarından alınan, yabançı səslənmə və ya yazı şəklindəki sözə köklədikdə, çox hallarda araşdırma predmeti də gerçəklikdə kökəncə mənsub olduğu dil ailəsi sözlüyündən kənarda baxışa, dəyərləndirməyə uğramış olur. (Onu da boynumuza alaq ki, bu cürə əyintilərin yaranmasına meydan verən səbəblərdən biri isə yazımızın başlanğıcında dediyimiz kimi, özümüzlə, yəni türkün öz tarixini yazmaması, daha doğrusu az-az hallarda yazıya alması ilə bağlıdır). Bununla belə geniş zaman aralığında bir sıra qurama tarixi baxışlar tarixin arxivinə keçməkdə, onun çör-çöp anbarına atılmaqdadır. Necə ki şumer/sümer yazılarına (İkiçayarası), Qlozel kitabələrinə (Fransa)… türk dillərindən kənarda açıqlanma çabaları dalana dirəndi…

***

“Azərbaycan” sözünün izahına, bütün bir çox tarixi məsələlərin izahı kimi, ən çox yabançı, türkdilli olmayan müəlliflər tərəfindən çaba göstərildiyi üçün qurama, yanlış sonuclara gətirmişdir. Bir sıra əski və çağdaş alimlər, o sıradan Strabon, Xronik Karki, İbn Mükaffa, Müqəddəsi, İbn al-Faqix, Yaqut Həməvi, Həmdullah Mustofi, M.Ştrek, T.Holsk, E.Xersfeld, F.Qrişman və b. “Azərbaycan” sözünün adam adı “Atropat”dan yarandığını bildirirdilər. X.Bartolome, M.N.Boqolyubov kimi bir sıra alimlər isə “Azərbaycan” yer adını “Avesta”dakı od tanrısı “atar”la bağlamağa çalışırlar… “Elə araşdırıcılar da var ki, heç bir əsası olmadan bu sözü irandilli sayır: İran sözü “Atarpat”ın mənsubluq affiksi İran dilindəki “kan”dan əmələ gəlir”. [«От иранской имени Атарпата –суффикс принадлежности «кан»а»]… Ancaq XIII yüzilliyin tanınmış alimi Rəşid-əd-din, XVII yüzillikdə İbn Xələf-ət Təbrizi “Azərbaycan” sözünü haqlı olaraq Azərbaycan dilinin aid olduğu dil qrupu sözü kimi izah etməyə çalışmışlar…

Elmi araşdırmaları ilə Orta Asiya və Türkiyədə böyük nüfuz qazanmış görkəmli alim Mirəli Seyidovun tamamilə haqlı olaraq bildirdiyi kimi, “Azərbaycan” sözünün açımı xalqımızın etnik-soy kimliyini aydınlaşdırmağa yardım edir.

Azərbaycan sözü “Azər//Azəri” haqqında R.Qurbanın elmi yanaşmasını doğru sayan professor Mirəli Seyidov onun bir çox dillərdən materiallar cəlb etməklə gerçək sonuca yetişdiyini önə çəkir: “Azər” –“az” və “ər” tərkibindən ibarətdir və “az kişisi”, “az adamı” deməkdir. R.Qurban Mahmud Qaşğari sözlüyünə və türk dillərinə dayanaraq, “az”ın – “yaxşı niyyət”, “uğurlu”, “tale” kimi anlamları olduğunu göstərir.

M.Seyidov bildirir ki, “Deyəsən, “Az” çox uzaq keçmişdə uğur, yaxşıistərlik tanrısının adı imiş. Elə buna görə də qəbilə özünü onqonu, tanrısı “Az”ın adı ilə adlandırmışdır.”

R.Qurbanın “Azərbaycan” sözünün açımı ilə bağlı Azərb. SSR EA Xəbərlərində yayınlanması gözə alınan yorumunun ardı (II yazı) ortada olmadığından (güman ki, senzura yasağına görə) bu qonuda sonrakı ünlü uzmanların araşdırmalarına üz tuturuq: “Azərbaycan” sözünün açımını verməzdən öncə Mirəli Seyidov və Firudin Ağasıoğlu “Azərbaycan” sözünün bir necə dildə yazılışını göstərirlər. Mirəli Seyidova görə, “Azərbaycan” sözünün ilkin yazılışı “Azərbaycan” “Azərbayqan (can)” şəklində imiş.

Haşiyə: Ərəb istilasından sonra bir kəsim sözlərin bənzər şəkilçilərində M.Seyidovun göstərdiyi dəyişikliklər baş vermişdir: Andiqan/Andukan à Andican/Əndican,  Qurqan àCurcan, BalasağanàBalasacan, Ərzinqan àƏrzincan, Diliqanà Dilican, Zənqan àZəncan… İbn Xordadbeh və b. bilim adamları bu yöndə bir sıra örnəklər   sunmuşlar. Ərəb, fars, latın, erməni dilində də “qan//kan” fonetik tərkibi var. “Azərbayqan (can)” sözünün tərkibi olan “can” əski fars və erməni qaynaqlarında “qan”  şəklindədir. Ərəb, fars dillərində də bu sözün “az”la başlaması belə fikir yürütməyə imkan verir ki “az” tərkibi doğmadır, yəni “Azərbaycan” sözünün ilkin yazılışı bu ünsürlə (sözlə) başlayır, yabançı etkilərə uğramış başqa süni/qurama yozumlara yer qalmır (özəlliklə də “Az” sözünün anlamını görkəmli rus alimlərinə/bilim yazarlarına/bilginlərinə (S.Y.Malov, V.V.Bartold) dayanaraq açıqladıqda]. Ünlü bilgin Mirəli Seyidov, ən doğru seçim kimi, “Azərbaycan”= “Az+ər+bay+qan/can/” halının üzərində dayanır.

(Qonumuzun I hissəsi burada sona yetir, ancaq qonumuz tamamlanmadığı üçün II hissədə Radlov, Malov, Bartold kimi Rusiya alimlərinin əsərlərinə və Qədim Türk Sözlüyündəki anlamlara dayanaraq problemin işıqlandırılmasını başa çatdıracağıq. Lütfən Güney-Quzey Azərbaycan və Türkiyədə bitməyən dartışma mövzusu olan Azər-Azəri açılımı ilə bağlı yazımızın gələn sayına da diqqət yetiriniz!

(Ardı gələn sayımızda)

Xaqani İsmayıl,

yazıçı-tarixi araşdırmaçı

***

 

AZ/AS BOYADIMIZ –AZƏRBAYCANDAN ASYAYADƏK

(Əvvəli ötən sayımızda)

Ötən yazımızın sonunda da bildirdiyimiz kimi, Az-Azər-Azəri sözlərinin ilkin qaynaqlar işığında açıqlanmasının tamamlanması üçün bu hissədə Radlov, Malov, Bartold kimi Rusiya alimlərinin əsərlərinə və Qədim Türk Sözlüyündəki anlamlara, habelə başqa müəlliflərin yenilikçi yanaşmalarına dayanaraq problemin işıqlandırılmasını başa çatdıracağıq.

Rus müəllifinin araşdırmalarına dayanan Mirəli Seyidova görə, “Azərbaycan/Azərbayqan” sözünün ilk “Az” tərkibi əski türkdilli qəbilənin adıdır. “Az” qəbiləbirləşməsi, xalq [S.Y.Malov Az-ları xalq sayır.– // az – народ, КТ, 38: Çolgi az – степные азы. Топ., 23. Азский (конь), КТ, 45(5). Акад. В. В. Бартольд указывал на возможность сопоставления этих азов с азийцами, поколением тюргешей Семиречья (VIII в.).//] adı ilə “Gültəkin”, “Tonyuquq” və b. abidələrdə qarşılaşırıq. “Gültəkin” abidəsinin 23-24-cü xəttində “Az”-ların adı ilə bağlı çöl yad edilir: “Çöldi Az ari bultym. Özüm Az jirim, anı bil”.

(Azərbaycancası: “… Az çöllərində Az ər (kişi) tapdım. Bil, mənim yerim Azdır.”) Belə aydın olur ki, bu abidədə birinci Az yer adı (çöl), ikinci Az isə insan, qəbilə adı kimi işlənmişdir. “Gültəkin” abidəsindən bəlli olur ki, Az-lar atlarını da öz adları ilə  adlandırmışlar.–––: (45)(5) Kyl TiriH Азман акыг; 6iHin, oп л ajy тагд), алты äpir санчды, су т а п с ш т а jiTiH’i ‘äpir кылычлады; äKİHTi Кушла^акда ад1з 6iplä суцуншмгз, Kyl TiriH Аз jar;bi3biH2 6iHiıı oп лajy Tärin, 6ip äpir, санчды, çevirməsi ruscaya: <45) (5) Кюль-Тегин, сев на белого (коня) Азмана, бросился в атаку, шесть мужей он заколол, в свалке он порубил мечом седьмого. Во второй раз мы сразились с эдизами при Кушлагаке. Кюль-Тегин, сев на своего бурого азского (коня) и бросившись в атаку, заколол одного мужа/ ––– ruscaya çevirməsi.

/Mən bir acı həqiqəti də xalqımızın önündə dilə gətirmək zorundayam: Göründüyü kimi, Az boyadının və türk yazılarının açılımı üçün bizlər, qəribə də olsa, ilk öncə ölkələrimizi—yəni Qafqazlı, krımlı, orta Asyalı, Uzaq Şərqli  türk torpaqlarını tutan ruslara minnətdar olmalıyıq. Bu gerçəklik bizlərə çox ağır gələ bilər, ancaq düşünsək ki, bir vaxtlar 5,2 milyon kv km alanı saran Osmanlı İmperatorluğunun və qürur qaynağı kimi göstərdiyimiz Səfəvi şahlığının timsalında bəsirət gözümüz nə qədər bağlı idi ki, öz tarixi-mədəni irsimizi, nə Sumər mixi yazılarını, nə də dünyanın ən əski əlifbası (yazısı) olan Orhon-Yenisey (genəllikdə runi) yazılarını açmaq, genəlliklə keçmişimizi, həm də dünyanın keçmişini öyrənmək istəyindən çox uzaq idik. Təkcə qolzoru, imperatorluq, bəzən də ərəb qafasının fəsadları olan təriqət davaları ilə  hər şeyin yoluna düşəcəyini düşünürdük… Sonralar əski türk yazılarını Batılılar və ruslar açdılar. Ruslar bizim yazılarımızla bizim həmçinin Az olduğumuzu isbat etdilər./ Bu da o deməkdir ki, nəinki Az+ər+bay+can, hətta As+ya adı da bizimlə bağlıdır. Bu dəlilləri itirmək üçün neçə qat qafil olmaq gərəkdir—Siz özünüz deyin!!!—Sumer mixi yazılarını yəhudi soylu ABŞ alimi Samuel Kramer açır, runi türk yazılarını Tomsen… Radlov, Malov… Bu açarla da 4500 il öncəyə aid Avropadakı Qlozel türk yazılarınısa, yalnız türklər aça bildilər!!! –Şükürlər!—Ancaq bu cür möhtəşəm sonucumuzu yəhudilərə, batılılara, ruslara borcluyuq!!!

Ünlü dilçi uzman Mirəli Seyidov yazır ki, “Azərbaycan” sözünün “ar//ər” tərkibi haqda araşdırıcılar arasında fikir fərqliliyi çox olsa da, onlar sırasından D.Y.Yeremeyev kimi bəzi bilginlərin bu sözü İran, Hind-Avropa kökənli olduğunu güman etsə də, əslində “ar//ər” və onun “ir//ır” fonetik səslənməsi bir çox türk dillərində olmuşdur və indi də vardır. Ünlü bilginlərdən V.K.Kelmakov “ar//ər”-i türk dillərindən ayırmağa, onu yad dillərin qucağına atmağa çalışan bilim adamlarına etiraz edərək, onların elmdən uzaq söz açımlarına, yozumlarına qarşı çıxmışdır:

“ (…) Keçən yüzilllikdə “ar” sözünün açımı –etmologiyası ilə daha çox etnoqraf və tarixçilər məşğul olurdular, buna görə də doğal olaraq, onların bu sözün mənşəyi haqda fikirləri sözlərin təsadüfi forma oxşarlığı üzərində qurulmuşdur.

…”ar” sözünün türk “ar”-ı mənşəli olduğunu elmi baxımdan tamamilə düzgün sayırıq.” Mirəli Seyidovun araşdırmalarından aydın olur ki, hələ V.K.Kelmakovdan qabaq V.V.Radlov, L.Budaqov, Jiran Makloş və b. da “ar//ər//ir//ır”-ı türk mənşəli söz saymışlar. Türk dillərindən  “ar//ər”-i azərbaycanlılar “ər”, “kişi”, “igid”; çuvaşlar, türkmənlər “insan”, “kişi”, özbəklər, qırğızlar, tatarlar, başqırdlar “kişi”, “igid”; Qaraqalpaqlar “kişi” mənasında işlədirlər. “Ar” türk dillərində “qırmızı” anlamını da verir. O halda “Az-ər (ar)” “yaxşıistər qırmızı” mənasını verə bilər, Mirəli Seyidovun gümanına görə, bununla da Günəş göz qarşısına gətirilmişdir. O üzdən ki, Günəş yaxşıistər, yaradıcı sayılmışdır. Yuxarıda da yazaraq bildirdiyimiz kimi, “ar//ər”-in bir sıra türk dillərində “ir//ır” fonetik səslənməsi və onun da “kişi-insan”, “ər”, “igid” və b. anlamları vardır. Türk dillərində “igid”, “kişi” anlamında olan “ar//ər//ir//ır” bir sıra sözlərə qoşularaq qəbilə, qəbiləbirləşməsi, onqon, tanrı adı yaratmışdır. Örnək üçün: Av-ar, Xəz-ər, mac-ar, Suv-ar (su-bar), Qac-ar, Qab-ar, qutsal adlardan Xız-ır (ir//ar//ər -in fonetik səslənməsi kimi). Erkən, orta yüzillik qaynaqlarından, “Gültəkin” anıtından və b. abidələrdən, çağdaş türk dillərindən başqa örnəklər də gətirmək sorun deyil…

Bizim özgür olaraq, gəldiyimiz sonuca görə, Asiya/Aziya sözü də başlanğıcını, bənzər  olaraq, “Az” sözündən götürmüşdür. Doğrudan da: Asiya/Aziya== As+iya/Az+iya/ (əslində türk səslənişinə görə: As+ya olmalıdır, Anadolu şivəsindəki kimi) [Bolqar–– Bolqariya; Rumın ––Rumıniya; Eston–– Estoniya, Alman/German ––Almaniya/Germaniya və b. kimi]. Birinci hissə etnos, boy adı, ikinci hissə ölkə anlamını yaratmaq üçün şəkilçi: -iya/-ya. (Bu şəkilçinin hansı dildə olması haqda quşqusuz söyləmək olar ki, ayrıca araşdırma aparmağa gərək var. Bu qonuya sıradakı araşdırmalarımızdan birində mütləq baş vuracağız. –X.İ.). Başqa sözlə, fikrimizcə, Aziya/Asiya “Az”ların/“As”ların ölkəsi, yeri anlamıındadır, quşqusuz olaraq. “Az”lar tarixi gəlişmə sürəci ilə “Az+ər”lərə, “H(az)+ər”= “Xəzər”lərə, “K(az)+ax(ğ)”lara və b. ayrılaraq ayrıca etnik identifikasiya/boy özləşməsi/ qazanmışdır. Və o da görünür ki, ən əski çağlarda “Az”ların o qədər uğuru, ucalanmış (yaxşı) şanı… olmuşdur ki, indiki Asiya yerində bu göstəricilər, gerçəkliklər ölkəadına, ölkəadından da genişlənərək qitə adına keçə/verilə bilmişdir. (Fransada türk yazıları, İtaliyada etrusk mədəni abidələri, başqa Avropa ölkələrində türk mədəniyyəti izləri; Troya /Turova –X.İ./, Skandinaviya, Baltikyanı ölkələrdə Az/As izləri, güman etməyə əsas verir ki, bəlkə də qədimlərdə Avrasiya özü bütövlükdə Az/Asların yerləşmə alanlarından imiş—X.İ.)

Çağdaş dönəmin türk xalqları tarixinin ən ünlü bilginlərindən Firudin Ağasıoğlu isə daha çox “Azərbaycan”= “Az+ər+bi+qan”= “Az+ər+bi/bay+qan/can” halını daha uyğun sayır. O, “Azərbaycan”  sözünü “Az+ər+bi+qan” kimi açıqlamaq istərkən buradakı -bi şəkilçisinin anlamı haqda belə yazır:

Bu kimi açıqlamalarımız bir daha göstərir ki, azər: az-ər, azəri: az-əri (Tonyuquq yazılarındakı kimi) izah olunmalıdır. Necə olur ki, qədim türk yazılı adidəsindəki yazı (orijinal dəlil) əsas sayılmır, ancaq uydurma, qaynağı olmayan Ə.Kəsrəvinin sayıqlama  versiyası əsas sayılır?! Üstəlik,  Ə.Kəsrəvinin İran hakimiyyətinin sifarişi ilə əsərlər yazdığı haqda etirafı da orta olduğu halda… (Heyif ki, sayğıdəyər bilim adamları sırasından türk professoru, tarixçi alim İlpər Ortaylı və AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu kimi dəyərli uzmanlar da bünövrəsiz Kəsrəvi “nəzəriyəsi”nə dayanan mexaniki bəyanlarda bulunmuşlar.)

Yuxarıda göstərilən dəlillərə ək olaraq aşağıda sunduğumuz tarixi faktın təkcə özü də Azər, Azəri, Azərbaycan sözlərinin yaranmasında Atropat amilini rədd edir:

Asur qaynaqlarından birinə görə, m.ö. VIII yüzillikdə Urmu gölü ilə Kərkük arasında yerləşən Azari şəhəri varmış!

Bəs qutsal Quranda adı keçən Tanrı elçisi Avramın (İbrahimin) atası, ya atalığı-əmisi Azər neçə? Onun adı ki, 4000 min il öncəyə aiddir, hind-avropalılar o dönəmdən hələ 400 il sonra İran yaylasına gələcəkdilər, yazıları isə ondan min il sonra peyda olacaqdı…

Araşdırmalarımız sonucunda Azər boyadının izləri həm də Quzey Avropaya, həm vikinqlərə də gedir.

Başqa sözlə bizə, türk kimliyimizə Avrasiyanı saran dəlillərlə (Az sözünün timsalında) zənginləşdirən Azər (bir başqa yazılışı ilə Azəri –ancaq boyadı tələblərinə görə Azər daha uyğundur) boyadından imtina  türk-türklük tariximizin-mədəniyyətimizi çox önəmli bir kəsiminin itirilməsidir.

Başqa sözlə, Mirəli Seyidov demişkən, türk soyadımız, azər boyadımızdır. XX yüzillikdə son olaraq, Türkiyə türklüklə, biz də azərliklə özkimlik qazanmışıqsa, buradakı azərlik soyumuz türklüyə zənginlik qazandıran bir qolu halına gəlmişdir. Bir zaman Orta Asyadakı türklərə də tatar deyilən vaxtlar var idi. Mən rusları nəzərdə tutmuram, bu Qızıl Orda dönəminə aid bir faktdır. Çünkü türklük o zaman tatarların timsalında öncüllük qazanmışdı.

Azərbaycan Məmmədəmin Rəsulzadə demişkən coğrafi ad deyil, ulus adından yaranmış ölkəadıdır. Coğrafi ad Ərzurumdur, Bitlisdir, Krasnodardır …

O üzdən azər sözünü də türk, türkmən, tatar… sözləri, boy adları kimi sevib-saymalıyıq. O bizim hal-hazırda özkimliyimizə çevrilib. Azərbaycanlı adı isə vətəndaşlıq adıdır…

Mövzu ilə bağlı bütün suallara aydınıq gətirməyə hazırıq.

 

Xaqani İsmayıl,

yazıçı-tarixi araşdırmaçı