Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır!

21

“İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq!”
Sərdar Cəlaloğlu


ADP sədri Sərdar Cəlaloğlu öz ifadəsini doğru əks etdirib. Sərdar bəydən sonra digər müxalif liderlər – İsa Qəmbər, Arif Hacılı da prezidenti təbrik edib. Yalnız “5-ci kolon” bu təbrikə qoşulmadı. Gərək, Putin onlara sifariş edəydi ki, “siz də təbrik edin!”

Şeyx Şamil çeçenlerin imamı, çeçenlər üçün kimdirsə, Dağlıq Qarabağ azad ediləcəyi təqdirdə İlham Əliyev Azərbaycan türkləri üçün tarixdə imam kimi (imam – yol göstərəndir – müəl.) qalacaq. İlham Əliyevin “göstərdiyi yol” bu xalqın, bu dövlətin qələbəsidir ki, uşaqdan, qadından böyüyə qədər, hamı müharibəyə, vətənin müdafiəsinə qalxıb.

Heydər Əliyev kimi dahi siyasət karifeyinin edə bilmədiyini varisi İlham Əliyev etdi. Təbii, zaman o zaman deyildi. Türk dövləti o vaxtlar güclü deyildi. Liderləri ABŞ-dan, NATO-dan asılı idi deyə kömək edə bilməzdilər. Mərhum Turqut Özal kömək etmək cəhdinə görə zəhərləndirilərək öldürülmüşdü.

Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dost əlini, dəstəyini prezident İlham Əliyevə uzatdı: “Dostumuz, qardaşımızsınız, hər zaman Sizinləyik”.
ABŞ və NATO-nun FETÖ örgütünün əli ilə Ərdoğanı həbs etmək, öldürmək cəhdləri boşa çıxdı, Türk liderin intiusiyası, cəsarəti, Allah tərəfindən qorunması sayəsində o, qalib gəldi. Türkiyə satqınlardan, xəyanətkarlardan təmizləndi və təmizlənmə davam edir.

Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə nəhəng dövlətə çevrilib. İmanlı türk kişiləri Ərdoğanı imam kimi qəbul edib. Dünyanın nəhəng siyasətçisi Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi qardaş kimi bağrına basmqada haqlıdır. Çünki İlham Əliyev sübut etdi ki, erməni siyasəti, erməni başçıları yalanla idarə olunub. Bu səbədən, indi elə bir dövlət yoxdur ki, bu müharibədə erməniyə dəstək versin…

Xocalı soyqırımını törədən faşistlər, alman faşistlərindən qat-qat təhlükəlidir. Alman ideologiyasının təbliğat başçısı German Gerinq Almaniyanı yalanla qələbə sahibi etsə də, “yalaçının evi yandı, heç kim inanmadı” misalı kimi, Almaniya uduzanda özünü və beş körpəsini belə zəhərləyib öldürmüşdü.

İmişlidən də döyüşə könüllü gedən gənclər hədsiz çox olub. Qonşum Pərvin Ağayev – evin tək oğlu olsa və yenicə ailə qursa belə, döyüş bölgəsinə yollanıb. Yaxınlarım, qonşularım da həmçinin. Qonşular deyir ki,İmişlinin hərbi komissarı Ağayev kasıb övladı, birinci Qarabağ döyüşünün könüllü iştirakçısı olub. Ulu öndər Heydər Əliyevin çağrışına qoşulub.

Komissar könüllülərin çoxluğuna baxıb, sevincindən az qala qanad açırmış. Axı, o, özü də könüllü olub.

Bəli, ermənilər vaxtilə şantaj edirdi ki, türklər “erməni soyqırımı” edib, amma İlham Əliyev onların yalanlarını ifşa etdi. Bu, İlham Əliyevin türk dünyası qarşısında ən böyük xidməti idi. Elə bu addımına görə, bütün türk dünyası İlham Əliyevi özlərinə böyük qardaş hesab edir.

Məhbub Zülfüqarlı,

ADP İmişli RT-nın sədri