Azərbaycan vətəndaşı Gürcüstanda QƏTL TÖRƏDİB

3 İyul, 2020, 21:44
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Gürcüstanın Dmanisi rayonunda qətl törədilib
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, 38 yaşlı şəxs 2000-ci il təvəllüdlü tanışı ilə mübahisə zamanı onu bıçaqla yaralayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxsin Azərbaycan vətəndaşı olduğu bildirilir. O, qətldən dərhal sonra “isti izlər”lə saxlanılıb.
Polis soyuq silahı maddi sübut kimi müsadirə edib. Saxlanılan şəxs günahını etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 7 ildən 10 ilədək həbs cəzası gözləyir. \\Report


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93