Azərbaycan vətəndaşlarının Gürcüstandan növbəti təxliyəsi həyata keçiriləcək

14

 

Azərbaycanın Gürcüstandakı səfirliyi xaricdə yaşayan vətəndaşlarımızın və ölkəmizdə daimi yaşamaq hüququ olan azərbaycanlıların növbəti təxliyəsini həyata keçirəcək.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, avqustun 7-də təxliyəsi nəzərdə tutulan 200-dək vətəndaş Gürcüstanın klinikalarından birində koronavirusla əlaqədar testdən keçiblər.

COVID-19 aşkar olunmayan şəxslərə xüsusi arayış veriləcək və onlar avqustun 8-də səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə mindən çox azərbaycanlı ölkəyə çatdırılıb.