Azərbaycan vətəndaşlarının Yaponiyaya girişi qadağan olunacaq

12 May, 2020, 17:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Yaponiya hökuməti COVID-19 pandemiyası ilə bağlı səyahət məhdudiyyəti tətbiq edilmiş ölkələrin siyahısına aralarında Azərbaycanın da olduğu 13 ölkəni daxil etdi.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Toşimitsu Motegi mətbuat konfransı zamanı həmin ölkələrə və ya oradan səfərlərlə bağlı xəbərdarlığı “səviyyə 3” olan ikinci ən yüksək səviyyəyə qaldırdıqlarını qeyd edib.

Adıçəkilən ölkələrdən Yaponiyaya girişə dair məhdudiyyətin müvafiq məşvərətlərdən sonra Milli Təhlükəsizlik Şurası və hökumətin aidiyyəti qurumlarında koronavirusla bağlı növbəti müzakirələr zamanı təsdiqlənərək iki həftə müddətinə tətbiq ediləcəyi bildirilir. Həmin ölkələr sırasında Azərbaycandan başqa, Qazaxıstan, Maldiv, Meksika, Kolumbiya, Uruqvay, Honduras və Afrikanın 5 ölkəsi olduğu diqqətə çatdırılıb.

Sözügedən qərarla “səviyyə 3” xəbərdarlığının şamil olduğu ölkə və bölgələrin sayı 100-ə çatdırılacaq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93