Azərbaycan XİN Pakistana başsağlığı verdi

22 May, 2020, 17:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə əlaqədar Pakistana başsağlığı verib.

Bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“Qardaş Pakistanın Kəraçi şəhəri yaxınlığında təyyarə qəzası bizi dərindən kədərləndirdi. Ramazan bayramı ərəfəsində ölümcül qəza ilə bağlı xəbərlər bizi dərindən sarsıtdı. Bu qəzada yaxınlarını itirənlərə və Pakistan xalqına dərin hüznlə başsağlığı veririk”, – deyə qeyd olunub.

Xatırladaq ki, Lahor şəhərindən Kəraçiyə uçan təyyarə qəzaya uğrayıb. Təyyarədə 99 sərnişin, 8 nəfər ekipaj üzvü olub. Kəraçi aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə evlərin üstünə düşüb. 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93