Azərbaycanda ana və qızı amansızlıqla qətlə yetirildi – TƏFƏRRÜAT / FOTOLAR

1 İyun, 2020, 10:22
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bərdə rayonunda qətlə yetirilən ana və qızının şəxsiyyəti məlum olub.

Hurriyyet.org Trend-ə istinadən bildirir ki, hadisə rayonun Alaçadırlı kəndində baş verib. Kənd sakinləri Zeynalova Nəzirə və qızı Zeynallı Əminə Musa qızı odlu silahla qətlə yetirilib.

Məlumata görə, qətl ailə üzvləri tərəfindən törədilib. Hadisənin ev sahibi Musa Zeynalov və onun oğlu Tural Zeynallı tərəfindən törədildiyi bildirilir. Dəhşətli qətlin qısqanclıq zəminində baş verdiyi deyilir.

Qeyd edək ki, ailə Bərdə rayonunda məskunlaşsa da, əslən Ağdam rayonunun Maqsudlu kəndindən olan məcburi köçkünlərdir.

Kənd sakinlərinin Trend-ə verdiyi məlumata görə, ailə başçısı Musa Zeynalov oğlu Tural Zeynallı ilə birlikdə evə gələrək əvvəlcədən əldə etdikləri ov tüfəngi ilə həyat yoldaşı Nəzirə Zeynallını, sonra isə qızı Əminə Zeynallını qətlə yetirib. Artıq Musa Zeynallının saxlanıldığı bildirilir.

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanılıb.

***

Bərdədə ana və qızı qətlə yetirilib.

Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində baş verib.

Ov tüfəngi ilə qətlə yetirilən ana və qızının, hələ ki, şəxsiyyətləri məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93