Azərbaycanda bu meyvələr ucuzlaşdı – RƏSMİ

13 May, 2020, 16:06
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Azərbaycanda mövsümü məhsulların qiyməti ucuzlaşıb.

Hurriyyet.org xəbər verir ki, bunu trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, mövsümi meyvələrin ucuzlaşmasına səbəb məhsul bolluğudur:

“Ötən illə müqayisədə mövsümü meyvələrin qiymətində ucuzlaşma nəzərə çarpır. Məsələn, bu il daxili bazarda çiyələyin 1 kiloqramının qiyməti 1 manat 50 qəpik – 2 manatdır. Amma keçən il bu meyvənin qiyməti 3-4 manat idi. Həmçinin bazarda ötən illə müqayisədə alçanın da qiyməti ucuzdur. Məhsul bolluğu olduğundan fermerlər yetişdirdikləri meyvələri satıb qurtara bilmir. Ona görə də qiymətləri ucuzlaşdırıblar. Bu məhsulların qiymətini fermerlər bazara uyğun müəyyən edirlər”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93