Azərbaycanda çimərliklərlə bağlı yeni qaydalar hazırlanır

18 May, 2020, 17:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Çimərliklərlə bağlı komissiya yaradılıb, qaydalar hazırlanıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E. Əzizov deyib ki, ola bilər ki, bəzi çimərliklərdə sıxlıq yaransın: “Biz bununla bağlı elektron sistem üzərində düşünürük. Vətəndaş evdən çıxmazdan əvvəl elektron sistemlə yer sifariş edə bilər”.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, TƏBİB-in turizm məkanları ilə bağlı tibbi-metodik göstərişlər çimərliklərə də aiddir.

İ. Məmmədov deyib ki, həmin yerlərdə hüquqi şəxslər sosial məsafənin qorunmasına nəzarət edəcəklər: “Ola bilər ki, çimərliyin özünün də spesifik tələbləri olsun”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə çimərliklərə nəzarətlə bağlı yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verildiyini bildirib. /apa/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93