Azərbaycanda daha səkkiz tibb işçisi koronavirusa yoluxdu – Baş həkimdən AÇIQLAMA

27 İyun, 2020, 13:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının səkkiz tibb işçisində koronavirusa görə edilən testlər müsbət çıxılıb”.

Hurriyyet.org xəbər verir ki, bunu oxu.az-a açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.

O qeyd edib ki, koronavirusa yoluxan əməkdaşlardan evdə və xəstəxanada müalicə alanlar var:

“Xəstəxananın reanimasiya şöbəsinin müdiri Sərvan Hacıyev Bakıda xəstəxanada müalicə alır. Hərdən xəbər yayırlar ki, süni tənəffüs aparatına qoşulub, amma bu, düzgün məlumat deyil. Vəziyyəti stabildir”.

Həkim qeyd edib ki, Sumqayıtda 500 şəxsin koronavirusa yoluxması ilə bağlı məlumat yoxdur:

“Sayı deyə bilmərəm, amma xəstəlik var. Bütün dünyada belədir. Təcili yardım xəstəxanasına müraciət edən xəstələr arasında şübhəlilər olduqda test edilir”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93