Azərbaycanda dövlət dilini pozanlar CƏRİMƏLƏNƏCƏK – Parlament qəbul etdi

1 May, 2020, 16:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə ediləcəklər.

Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93