Azərbaycanda futbola tətbiq olunmuş qadağa götürülmədi

1 May, 2020, 17:55
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Kütləvi tədbirlərlə bağlı qərar qüvvədə qalır”. 

Hurriyyet.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı Azərbaycan Premyer Liqasının bərpasına münasibət bildirərkən deyib.

“Bu sahədə açılım yoxdur. Növbəti mərhələdə necə olacağı vəziyyətdən asılıdır” deyə İ.Məmmədov əlavə edib.

Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. UEFA bütün milli federasiyalara daxili çempionatlarını bitirmək üçün mayın 25-dək vaxt verib. /report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93