Azərbaycanda koronavirusa görə 436 məhkum azadlığa buraxılıb

30 Aprel, 2020, 16:55
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılıb.

Bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda videokonfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O qeyd edib ki, həmçinin humanist addımların davamı olaraq 260 məhkum da vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Nazirlik rəsmisinin sözlərinə görə, koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib və yoluxma riski ilə əlaqədar məhkumlarla görüş, sovqat qəbulu dayandırılıb./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93