Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı – STATİSTİKA

1 May, 2020, 21:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 1-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 551 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 146 630 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 40 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 854 yoluxma aşkarlanıb. Onlardan 1 365-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 464dür.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. \\Publika


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93