Azərbaycanda koronavirusun ən çox yayıldığı ərazilər – SİYAHI

1 May, 2020, 17:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarında koronavirusa yoluxma üstünlük təşkil edir.

Hurriyyet.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumilikdə Bakı şəhərində yoluxma 50 faizdən yuxarıdır.

“Sumqayıt şəhərində koronavirusa yoluxma 3,2 faizdir. Burada əhalinin sıxlığı önəmlidir. Gəncə və Lənkəran şəhərlərində yoluxma üstünlük təşkil edir. Qadınlar arasında yoluxma yenə də daha çoxdur”.

R.Bayramlı bildirib ki, 50-59 yaş arasında yoluxma 22 faiz, 0-9 yaş arası yoluxma 5 faiz, 80 yaşdan yuxarı yoluxma sayı 2 faizdir.

“60-69 yaş arasında 11 nəfər vəfat edib. Onlarda yanaşı gedən xəstəliklər olub”./azvision.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93