Azərbaycanda maskalı şəxslər evə basqın etdilər: hədə-qorxu gələrək…

30 İyun, 2020, 10:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Masallıda maskalı şəxslər mənzilə basqın edib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, rayonun İsi kəndində yaşayan 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gün 03 radələrində yaşadığı evə maskada 3 nəfərin daxil olduğunu bildirib. Maskalı şəxslər ona hədə-qorxu gələrək xəsarətlər yetirməklə 1500 manat pulunu alaraq qaçıblar.

Faktla bağlı Masallı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93