Azərbaycanda toy və yas mərasimləri ilə bağlı QƏRAR VERİLDİ

15 May, 2020, 17:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə may ayının 18-dən koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Hurriyyet.org xəbər verir ki, budəfəki yumşalamalar da toy və yas mərasimlərinə şamil edilməyib.

Belə ki, ölkə ərzisində qeyri-müəyyən vaxtadək dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağan olunur.

Eyni zamanda, qadağa toy məclislərinin təşkili ilə bağlı da qüvvədə qalıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93