AZƏRBAYCANDAKI FƏTÖ TƏHLÜKƏSİ TÜRKİYƏ MEDİASININ GÜNDƏMİNDƏ! – Elnur Aslanovun nazir gətirilməsi xəbərləri etirazlara səbəb olub…

9 May, 2020, 22:40
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 4 xal, ortalama: 5,00
Loading...

“FƏTÖ Azərbaycanda revanşda! Yatan hücrələr bir-bir oyadılır”

Hurriyyet.org saytında dərc etdiyimiz “FƏTÖ AZƏRBAYCANDA REVANŞA HAZIRLAŞIR – Elnur Aslanovun nazir olacağı iddia edilir” sərlövhəli yazı Türkiyə mətbuatında da geniş rezonansa səbəb olub. Nüfuzlu Yeniakit.com.tr saytında dərc olunan “FƏTÖ Azərbaycanda revanşda! Yatan hücrələr bir-bir oyadılır” başlıqlı məqalədə də Azərbaycandakı FƏTÖ təhlükəsindən bəhs olunur. Yazının tərcüməsini olduğu kimi oxucularımıza təqdim edirik:

Türkiyənin “Twitter” fenomenlerinden olan “Üst Akıl Oyunları” (Üst Ağıl Oyunları) Azərbaycandakı FƏTÖ təhlükəsindən yazıb. Bu gün səhər üst-üstə paylaşılan tvitlərlə gündəm yaradan “Üst Akıl Oyunları” 2014-cü ilin 17-25 dekabr olaylarından sonra Azərbaycan prezidenti tərəfindən vəzifəsindən alınan Elnur Aslanov yenidən yüksək dövlət postuna gətiriləcək.

Tvitlərdə FƏTÖ məktəbinin məzunu, sabiq deputat Ceyhun Osmanlının da artıq partiya sədri olaraq illərdir “qapandığı hücrədən” çıxdığı bildirilir.

Ali Hacının bildirdiyinə görə, “Üst Akıl Oyunları”nın tvitlərində qeyd olunur:

“FETÖ yenidən Azərbaycanda boy göstərməyə başladı. Keçən il ölkədə həyata keçirilən kadr islhatlarından sonra, 2014-cü ildən bu yana “hücrələrinə” çəkilən FƏTÖ üzvləri yenidən “dirilməyə” başlayıb. Parlament seçkilərində uğur əldə edən Azərbaycan Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya İdarəsinin sabiq müdiri Elnur Aslanovun rəhbərlik etdiyi FƏTÖ üzvlərinin əsas heyəti yenidən böyük revanş axtarışındadır.

Rəhbərlik etdiyi şəbəkədən müəyyən isimləri yenilikçi komandanın kvotasından Azərbaycan Parlamentinə daxil etməyi bacaran Elnur Aslanov, indi nazir olaraq vəzifə başına keçmək istəyindədir.

FƏTÖ məktəbinin məzunu, “sağ əli”, keçmiş millət vəkili Ceyhun Osmanlını Yaşıllar Hərəkatının rəhbəri kimi siyasətə daxil edən Aslanovun özü də yenidən dövlət vəzifəsində çalışmaq istəyir. İqtidarda yeni olan bəzi yetkililər Türkiyə-Azərbaycan əlaqələrinin həssaslığı məsələsində, təəssüf ki, yetərincə duyarlı deyillər və sürətli şəkildə Ceyhun Osmanlının önünü açırlar. Elnur Aslanov, Ceyhun Osmanlı və Fərhad Məmmədov tez-tez-görüşərək, revanş planları hazırlayırlar.

Fətullah Gülənə göndərilən sirli məktub

2014-cü ildə Azərbaycan hakimiyyəti tərəfindən Pensilvaniyaya (Fətullah Gülənə – red.) göndərdiyi məktubu ifşa olunan və görəvindən alınan Elnur Aslanov yazırdı:

“Hazırda dövlətin ən yüksək qurumu olan Prezident Administrasiyasında çox önəmli bir vəzifəni icra etməkdəyəm. Bilmənizi və əmin olmanızı istəyirəm ki, Allahın bu aciz qulunun həyatı hizmət (xidmət) hərəkatımıza fəda edilmişdir.

Hizmət hərəkatımıza könül vermiş dostlarımızın dövlət qurumlarında və dövlətə aid idarələrdə vəzifəyə alınması üçün hər cür dəstəyi verirəm. Bundan sonra da bu işdə bütün gücümlə qardaşlarımıza yardmçı olacağam. Türkiyədəki nailiyyətlərimiz Azərbaycandakı hizmət hərəkatına könül vermiş Azəri qardaşlarımızı xeyli qürurlandırmışdır. İndi daha böyük eşq və sevgi ilə çalışmaqdadırlar. İnanıram ki, Sizin sayənizdə Azərbaycanda hizmət fəaliyyətlərimizin əhatə dairəsini daha da genişləndirməyə və çox irəli götürməyə nail olacağıq.

Bu sətirləri yazan Elnur Aslanov vəzifədən azad edildikdən sonra Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri (2014-2016) təyin edildi. Daha sonra bu vəzifədən ayrılaraq, FƏTÖ-nün ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Ukraynadakı biznesini idarə etdi.

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov vəzifəsindən azad edildikdən dərhal sonra Yeni Azərbaycan Partiyasının toplantılarına qatılan Elnur Aslanov istədiyi şəxslərin Milli Məclisdə təmsil olunmasını qismən bacardı. İndi isə özü nazir olmaq iddiasındadır və əvvəllər olduğu kimi yenidən gəncləri idarə etmək istəyir. Gənclər siyasətinə hakim olmaqla bərabər, iqtisadi sahəyə də əl atmağa çalışan Aslanov siyasi güc olaraq ölkədə önə çıxmaq niyyətindədir”.

Yatan hücrələr bir-bir oyandırılır

Yeniakit.com.tr onu da qeyd edir ki, işin təəccüblü yanı 2016-cı ildə Azərbaycanda FƏTÖ-ya qarşı aparılan əməliyyatlar nəticəsində hamı bu təşkilatın bitirildiyini düşünürdü. Əslində, son olaylar göstərir ki, FƏTÖ sadəcə “qış yuxusuna” gedibmiş:

“Belə ki, Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Yaşıllar Hərəkatını elan edər-etməz Ceyhun Osmanlını görüşə çağıraraq siyasi partiya qurmaq niyyətini təqdir etməsi FƏTÖ-nün Azərbaycanda gücünü bir daha təsdiq etdi. Elnur Aslanov və Ceyhun Osmanlı Yaşıllar Hərəkatı üzərindən sadəcə partiya yaratmağa çalışmır, “yatan hücrələri” tək-tək oyandırırlar. Təbii ki, hazırkı hakim komandada aktiv rolu və gücü olan nazirin dəstəyi ilə!

Fəqət, FƏTÖ şəbəkəsini “gənc aydınlar” olaraq hakimiyyət daxilinə yeritmək istəyənlər 2016-cı ilin 15 iyulunda Türkiyədə yaşanan çevriliş cəhdindən heçmi dəsr almamışlar? Hər halda yanlış hesabın bazardan, bu cür xain cəhdlərin isə Türkiyəyə sözdə deyil, əməldə qardaşlıq edən İlham Əliyevdən dönəcəyinə inanırıq”.

Hurriyyet.org

Redaksiyadan: Mövzuya qayıdacağıq və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93