“Azərbaycanın dəstəyinə ümid edirəm” – Antonio Quterreş

29 May, 2020, 17:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Hurriyyet.org xəbər verir ki, təbrik mətnində deyilir:

“Zati-aliləri,

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Birləşmiş Millətlər Təşkilatının hər bir üzvü özünəməxsus mədəniyyətə və tarixə malikdir. Bu müxtəliflik bizim təşkilatımızı və dünyamızı zənginləşdirir. Ölkənizin müxtəlif beynəlxalq məsələlərlə bağlı Birləşmiş Millətlər Təşkilatının işində fəal iştirakı çox böyük əhəmiyyət daşıyır.

Bu il – BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri naminə Fəaliyyət Onilliyinin ilk ilində biz hamı üçün əlverişli qloballaşmaya nail olmaq məqsədilə öz kollektiv ambisiyamızı gücləndirməli və iqlim dəyişikliyi məsələsində qəti addımlar atmalıyıq.

Bütün bu səylərdə, bizim hər kəs üçün daha sülhməramlı, ədalətli və davamlı dünyamızda Azərbaycan Respublikasının töhfələrinə və dəstəyinə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93