Azərbaycanın dövlət büdcəsində NEFTİN QİYMƏTİ DƏYİŞDİRİLİR

31 İyul, 2020, 22:56
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Avqust ayının 5-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

 

“İclasın gündəliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrində, “Məşğulluq haqqında” Qanunda, “İşsizlikdən sığorta haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı məsələlər daxil edilib”, – deyə məlumatda bildirilir.

 

Dəyişikliklər çərçivəsində dövlət büdcəsində bir barel neftin baza qiymətinin 35 dollaradək azaldılması planlaşdırılır.

 

Hazırda dövlət büdcəsində bir barel neftin qiyməti $55 məbləğində müəyyən edilib.

 

2020-ci il dövlət büdcəsində gəlirlər üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərclər üzrə proqnoz 26 milyard 894,7 milyon manat, kəsir üzrə proqnoz 2 milyard 760,2 milyon manat (ÜDM-nin 3,3%-i) təşkil edir. \\Modern


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93