Azərbaycanın pandemiya bəlasına qarşı beynəlxalq birliklə birgə mübarizəsi – LAYİHƏ

9 May, 2020, 15:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ötən ilin dekabrında Çində peyda olan və indiyədək dünyanın 182 ölkəsinə yayılan koronavirus (COVİD -19) təhlükəsi davam edir. Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı mübarizə məqsədi ilə təlim-treninqlər həyata keçirdi.  Beləliklə də ölkədə koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim-tibb bacılarını virus və ondan qorunma yolları və məlumatlandırmaq, əksepidemik tədbirlərinə başlanıldı. Ölkə prezidenti İlham Əlievin sərəncamı ilə Nazirlər Kabineti bir sıra zəruri addımları atdı. Beləliklə də qabaqlayıcı tədbirlər nəticəsində ölüm və yoluxma səviyyəsinin kütləvi şəkildə artmasının qarşısı alındı.

Koronavirusla bağlı atılan addımlar beynəlxalq təcrübəyə əsaslandı

Koronavirusla mübarizədə ilk sıralarda həkimlər, tibb işçilərinin səfərbər olunması, paytaxt Bakıda, ölkənin bütün şəhər və rayonlarında aparılan treninqlər nəticəsində xüsusi mühafizə vasitələrinin təkmilləşdirilməsi, fərdi geyimlər, maska, əlcək, yaxud eynəklərin təminatı, istifadə edilən vasitələrin utilizasiyası, virusdan qorunmaq üçün digər vasitələrlə təchizatlar vaxtında həyata keçirildi. İlkin addımlar olaraq Nazirlər Kabineti aeroportlarda və sərhəd-keçid məntəqələrində çalışan tibb işiləri treninqlərə cəlb edildi. Eləcə də digər ixtisaslı həkimlər üçün koronavirusun xüsusiyyətləri haqda tibbi məlumatlar hazırlanıb, məlumatlar onlayn şəkildə həkimlərə ötürüldü. Bu məlumatlar yalnız həkimlər üçün nəzərdə tutulub. Bununla yanaşı, xəstəxanalara və poliklinikalara Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş müaicə protokolları göndərildi.

O da bəllidir ki, insan salamlığı üçün koronavirus yenidir, günlərdir dünya alimləri bu virusun üzərində tədqiqatlar aparırlar. Virusun inkişafı, yayıması, virus əleyhinə profilaktik tədbirlər, eləcə də müalicəsinə aid hər gün yeni məlumat əldə edilir. Bizim ölkəmizdə beynəlxalq təcrübələrə bağlı gündəlik planlı şəkildə biomühafizə və karantin qaydaları ilə bağlı tibb işçiləri məlumatlandırıldı.
Çünki, bu infeksiyanın öz xüsusiyyətləri var. İndi əsas fəaliyyət koronavirusa yönəldilib, hər yeni məlumatla bağlı həkimlər və eləcə də ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Məsələn, bu gün koronavirusla bağlı yeni məlumat əldə ediib, dərhal tibb işçilərinə çatdırılır. Belə bir addımın atılması həm də əksepidemik tədbirlər də vaxtında aparıla bilsin, maksumum effektli olsun. Səhiyyə nazirliyi tərəfindən verilən açıqlamada qeyd olunur ki, ölkəmizdə bütün ixtisaslar üzrə yetərli kadrlar var. Hətta koronavirusla mübarizə üçün yanaşı ixtisas üzrə kadrlar da hazırlanır. Ehtiyac yaranarsa onlar da virusla mübarizəyə qoşulacaqlar.

XXI əsrin bəlasına qarşı mübarizədə həmrəylik

Dünyanı ağuşuna alan koronavirus pandemiyası bütün ölkələrin fövqəladə vəziyyətə keçməsinə səbəb oldu. Hazırda virus 150-dən çox ölkədə yayılıb. Bəşəriyyət dərmanı tapılmayan yeni tip koronavirusla (COVİD-19) əsasən izolyasiya üsulu ilə mübarizə aparır. Dünyadakı son vəziyyət virus təhlükəsinin ciddiliyini anlamağa imkan verir: Finlandiyada fövəladə vəziyyət elan edilib, İordaniyada insanlara evdən çıxma qadağası qoyulub; İranda son 24 saatda virusdan ölənlərin sayı 135 nəfərə çatıb. Beləliklə, koronavirusla bağlı Malaziya, Pakistan, Qazaxıstan, ABŞ, Qətər,

Çili, Livan, İtaliya, Fransa, İspaniya və başqa dövlətlərdə XXI əsrin bəlası olan virusla bağlı minlərlə insan həlak olub. Bu problem özü ilə yanaşı, həm də dünyanın iqtisadi və sosial həyatında çox ciddi problemlərin yaranmasına səbəb olub. Misal üçün, “Seat” firması 14 min 800, “Burger King” firması isə 14 min əməkdaşını işdən çıxarıb.

Hətta bəzi dövlətlər virus problem ilə bağlı fövqəladə vəziyyət elan edib. İsveçrə,

İngiltərə, Hollandiya, Yunanıstan, Belçika, Finlandiya, Türkiyə və başqa ölkələrdə
yerli hökumətlər izolyasiya qərarı verilib, bütün kütləvi tədbirlər, parklar və digər yerlər bağlanıb. Orta məktəblər və universitetlər tamamilə bağlanılıb. İnsanların kütləvi şəkildə toplanmaları qadağan olunub.
Azərbaycanın təcrübəsi göstərir ki, önləyici tədbirləri vaxtında həyata keçirən ölkələr virusun yayılmasını minimallaşdırmağa nail olurlar: digər ölkələrlə sərhədlərin bağlanması, tədris prosesinin müvəqqəti dayandırılması, izolyasiya tədbirlərinin həyata keçirilməsi, karantin zonalarının yaradılması və s. Azərbaycanda bu tədbirlərin vaxtında həyata keçirilməsi yoluxma halının genişlənməsinin qarşısını aldı. Hərçənd, dünyanın vəziyyəti də göstərir ki, heç bir ölkə, yaxud heç bir fərd bu təhlükədən sığortalanmayıb. Hətta dünyanın ən inkişaf etmiş ölkələrinin virus qarşısında aciz qalması bu fikri gücləndirir.
Bu baxımdan, cəmiyyət olaraq, hər şeyə hazır olmalı və dövlətin virusa qarşı mübarizəsinə dəstək verməliyik. Xüsusilə ictimaiyyət dövlət tərəfindən məhdudlaşdırıcı tədbirlərin daha geniş həyata keçirilməsinə hazır olmalı və atılan addımları anlayışla qarşılamalıdır. Unutmamalıyıq ki, hər şey bizim sağlamlığımız üçündür. Martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması qərarı da məhz buna hesablanıb.

ÜST-ün verdiyi qərarlar və nəticələr Azərbaycanda təqdir olundu 

Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) araşdırmaları virusun daha çox səyahət zamanı yayıldığını təsdiq edir. Hökumət məhz bu təcrübəni nəzərə alaraq, belə bir qərar qəbul etdi. Məsələnin ciddiliyini anlamaq təşvişə düşmək deyil, sadəcə olaraq, özümüzü qorumaq və müvafiq qurumların işinə dəstək olmaqdır. Yalnız bu halda virusa qalib gələ bilərik:

– Hər kəs evdə oturmalı, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməməli;

– İctimai nəqliyyatdan istifadə, yaxud mağazalardan alış-veriş edən zaman daha etibarlı qorunmalı;

– Yaşlı insanların virusun təsirinə daha tez məruz qaldığını nəzərə almaqla, onlara xüsusi diqqət və qayğı göstərilməli.

Bir sözlə, həmrəy olmalı və məlumatlara ağılla yanaşmalıyıq. Xüsusilə, ölkədə ərzaq qıtlığının yaranması haqda şayiələrə inanıb kütləvi şəkildə mağazalara axışmaq infeksiyanın daha çox yayılmasına səbəb ola biləcək faktorlardandır. İqtisadiyyat naziri Mikayıl Cabbarov mediaya açıqlamasında ölkədə kifayət qədər ərzaq ehtiyatının olduğunu bildirdi.

Ümumdünya Səhiyyət Təşkilatı da Azərbaycanı təhlükəyə qarşı hərtərəfli hazır olan ölkələr sırasına daxil edir. Bu gün yeganə problem şayiələrin yayılması və ictimaiyyətin buna inanmasıdır. Problemin aradan qalxması üçün dövlət ictimaiyyəti çaşdıran dezinformasiyalar yayanlara qarşı daha sərt addımlar atmalı, cəmiyyət də öz növbəsində buna dəstək verməlidir.Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargah gün ərzində bir neçə dəfə mövcud vəziyyət və həyata keçirilən işlərlə bağlı ictimaiyyəti məlumatlandırır. Cəmiyyət şayiələrə inanmasa və yalnız Operativ Qərargahın məlumatlarını izləməsə, təşvişə əsas olmadığını asanlıqla görə biləcək. Nəzərə almalıyıq ki, atılan bütün addımlar vətəndaşların sağlamlığı və təhlükəsizliyinə xidmət edir.

Koronavirusla mübarizəyə milyardlarla vəsait ayrıldı

Azərbaycan dövlət olaraq, bu bəlanın qarşısının alınması, total xarakter daşımaması üçün dövlət büdcəsindən milyardlarla vəsait ayırdı. Bununla yanaşı, vətənpərvər iş adamları da bu prosesə könüllü olaraq cəlb olundular. Əldə oluna  vəsaitin nəticəsi kimi, ölkəmizdə əsrin bəlasının qarşısının alınmasında dövlət və cəmiyyətin birlikdə həmrəyliyi nümayiş etdirildi. Beləliklə də prezident İlham Əliyev “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” sərəncam imzaladı. Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında açılışında iştirak etdiyi tibbi maska istehsalı müəssisəsinin işə salınması isə bu tədbirlər silsiləsindən növbəti mühüm hadisə, koronavirusla mübarizəyə əsaslı töhfədir. Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanıldı. Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır. Ümumiyyətlə, qısa müddət ərzində Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bütün bu amillər ölkəmizin koronavirusla mübarizədə bir nümunə olduğunu nümayiş etdirir. Artıq bəzi ölkələr Azərbaycan nümunəsini öyrənməyə, tətbiq etməyə başlayıb. Azərbaycanda tibbi maskaların və dezinfeksiyaedici məhlulların hazırlanması ilə bağlı qurulmuş infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun. Burada əsas məqsəd insanların sağlamlığı təmin etməkdir. Koronavirusla mübarizədə dünyanın bir çox ölkəsində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapır. Yeni açılan müəssisədə beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilməsi nəzərdə tutulub. Bu o deməkdir ki, Azərbaycan tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Yeni yaradılan müəssisə həm steril maskaların, həmçinin N95 və digər xüsusi növlərdən olan maskaların istehsal edilməsi üçün nəzərdə tutulub. İki həftə ərzində günlük 250 min tibbi maska hazırlaya biləcək müəssisənin qurulması və istehsala başlanılması ölkəmizin iqtisadi qüdrətinin əyani sübutudur. Burada maraqlı amillərdən bir də odur ki, maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur. Bu gün ölkəmizdə yaradılmış şərait imkan verir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsal sahələrinin təşkilində çox qısa zamanda uğur qazanaq. Bu, həm də dövlətin özəl sektora qayğısının, dövlət və özəl sektorun tərəfdaşlığının, dövlətin özəl sektorun inkişafı istiqamətində atmış olduğu addımların məntiqi nəticəsidir. Prezident Əliyevin şəxsi təşəbbüsü ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması bu çətin günlərdə öz sözünü deyir.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93