“Azərbaycanın Türkiyə ilə birgə Arazboyu ərazilərdə hərbi əməliyyat keçirməsi mümkündür” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

30 İyun, 2020, 12:23
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Minsk Qrupunun həmsədrləri əsirlərin dəyişdirilməsi və “Yenilənmiş Madrid prinsipləri”ni Paşinyan iqtidarına qəbul etdirə bilmirsə, fəaliyyətini dayandırmalıdır”

“Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə videokonfrans vasitəsilə Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Bu müzakirədə əlbəttə ki, atəşkəsin qorunması və danışıqların aparılması barədə fikir mübadiləsi aparılıb”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq qeyd edib ki, Minsk Qrupunun həmsədrləri “Hamının Hamıya” prinsipi üzrə əsirlərin dəyişdirilməsi, “Yenilənmiş Madrid prinsipləri” üzrə danışıqların aparılmasını Ermənistana qəbul etdirə bilmir: “Ermənistan hakimiyyəti iki prinsipdən yayınır və bu da danışıqları mənasız edərək, yalnız atəşkəsin qorunmasına razılaşır. Ermənistan əsirlərin dəyişdirilməsini separtaçıların işidir deyərək, avantüraya əl atır. Halbuki, Nikol Paşinyan prezident İlham Əliyevə bununla bağlı məşğul olacağını vurğulamışdı. Amma bir ildən artıqdır ki, Nikol Paşinyan bu məsələdən də geri çəkilib. Həmçinin rəsmi İrəvan öz təklifi ilə çıxış edərək, separtçıların da prosesdə yer almasını irəli sürmüklə həll prosesini tormozlayır. Minsk Qrupunun həmsədrləri bu videokonfrans danışıqları keçirməklə, status-kvonu qoruyur”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, əgər Minsk Qrupunun həmsədrləri əsirlərin dəyişdirilməsi və “Yenilənmiş Madrid prinsipləri”ni Paşinyan iqtidarına qəbul etdirə bilmirsə, öz fəaliyyətini dayandırmalıdır: “Belə olan təqdirdə, rəsmi Bakı təkcə danışıqlara sadiq qalmamalı, hərbi təzyiqlərə əl atmalıdır. Bir məsələni qeyd edim ki, ABŞ-ın danışıqlarda passivliyi təəssüf doğurur. Görünür, ABŞ-da prezident seçkiləri, Tramp administrasiyasının Yaxın Şərq, Avropa ilə bağlı siyasəti konfliktin həllinə marağı azaldıb. Bu da Rusiyanın daha da güzəştsiz mövqe və status-kvonun qorunması üçün əlindən gələni edəcəyinə zəmin yaradıb. Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin vidoekonfrans vasitəsilə danışıqları olacaq. Bu danışıqlardan da ciddi bir proses gözlənilmir. Ermənistan hakimiyyəti hazırda daxili siyasi gərginlikdən dolayı cəbhədə atəşkəsin qorunmasında maraqlıdır. Nikol Paşinyana qarşı müxaifətin təzyiqlərinin artdığı bir dönəmdə onun kompromisə gedəcəyi mümkün deyil. Heç əsirlərin dəyişdirlməsinə getməyəcək. Bu danışıqlardan da müsbət dinamika gözlənilmir. Azərbaycan Ermənistan tərəfinə Qarabağa üçüncü yolun çəkilməməsi, Qubadlı və Zəngilanda yaşayış yerlərinin salınmaması barədə ciddi ultimatum verməli və bunun hərbi təzyiqlərlə cavab veriləcəyini vurğulamalıdır. Ümumiyyətlə, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla bu gün apardığı danışıqların nəticələrini elan etməlidir və Ermənistanın mövqeyini qeyd etməlidir. Azərbaycan XİN bugünkü danışıqlarda Ermənistan tərəfinin ərazilərin boşaldılmasında maraqlı olub-olmamasını ictimaiyyətə çatdırmalıdır. Bu ilin axırına münaqişənin həllində Ermənistan tərəfi addım atması gözlənilmir. Rusiya da prosesdə maraqlı deyil. Azərbaycanın Türkiyə ilə birgə mövqe ortaya qoyması və Arazboyu ərazilərdə hərbi əməliyyat keçirməsi mümkündür. Bununla da separatçıların İranla quru əlaqəsini kəsmək və Ermənistanı güzəştə gətirmək deyil, ərazilərdən çıxarmaq lazımdır. Azərbaycanın buna getməsi mümkündür. Məhz Azərbaycan ordusunun bu istiqamətdə hazırlığı yüksək səviyyədədir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93